top of page

Azər Bəhlul oğlu Qocayev

Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı

Qocayev Azər Bəhlul oğlu - 07.09.1985-ci  ildə Sumqayıt şəhərində anadan olmuşdur.
 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirmişdir.
 2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.
 Əmək fəaliyyətinə 2009-cu ildə “Sumqayıtelektrikşəbəkə” ASC-də nəzarətçi kimi başlayıb.
     2010-2017-ci illər ərzində “Azərenerji” ASC-nin “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb.
       2017-2018-ci illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin Enerji təchizatı və enerji təşkil etmə bölməsinin, 2018-2019-cu illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin rəis müavini vəzifələrində çalışıb.
    2019-2020-ci illər ərzində isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Aparatında Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir.
     Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

     Yeni Azərbaycan Partiyasının üzvüdür.

     Ailəlidir. 2 övladı var.

AZƏRBAYCAN   RESPUBLİKASI    PREZİDENTİNİN

S Ə R Ə N C A M I
 

A.B.Qocayevin Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

           Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

                Azər Bəhlul oğlu Qocayev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

                                                       

                                       

 

                                                                                      İlham Əliyev

                                                                 Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2020-ci il.

Kəlbəcər rayon İcra hakimiyyətinin strukturu

No posts published in this language yet
Once posts are published, you’ll see them here.
İnformasiya təminatı və təhlil sektoru
Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə İş şöbəsi
Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə İş şöbəsi
Hüquq şöbəsi
İctimai-siyasi və humanitar məsələlər şöbəsi
Sosial İqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsi
Memarlıq və tikinti şöbəsi
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
Azərbaycan Respublikası, Kəlbəcər Rayonu İcra Hakimiyyəti
Ünvan: Gəncə şəhəri, Kəlbəcər RİH
Tel.: (+99422) 267-50-08 (Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi)
E-mail:mail@kelbecer-ih.gov.az
bottom of page