top of page

Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq.

Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.

Xalq tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır şəhidlər.

Tarix boyu inanan millətləri zəfərdən zəfərə aparan səbəb də vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur.

Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər.

Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır.

Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.

 Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir. Əbədi diyara səfərdən sonra çoxları çox az müddətlik də olsa dünyaya yenidən qayıtmaq və xeyirxah, saleh əməllər işləmək istəyəcəklər. Ancaq şəhidlər yenidən dünyaya qayıdaraq bir daha şəhid olmağı arzulayacaqlar.

Şəhidlər haqqında yazılan bu misralar necə də yerində deyilib:
 

Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarixləşən – istiqlal türbəsidir,
Şəhidlər şimşək kimi buludlar saxlamazlar.

Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır.
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.


Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər ana yurdu tutdular candan baha,
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha.

Şəhidlər ölməz ruhla, gedir üzü Allaha,
Şəhidlər gedən yolu tufanlar bağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

 

Xalqımızın müsətqillik tarixi də məhz şəhidlərimizin adı ilə bağlıdır.
Hər bir millət öz milli qəhrəmanları ilə daima qürur hissi duyur. Hal - hazırda Kəlbəcər rayonu üzrə 483 şəhid vardır.Onlardan 2-si Milli Qəhrəman,222 hərbi şəhid ,259 nəfər isə mülkü şəxslərdir.Lakin  təəssüflə qeyd etmək lazımdır  ki, bu gün gənclərimizin  əksəriyyəti şəhidlərimizi yaxşı tanımır və ya onlarla bağlı tam olaraq məlumatlı deyillər. Gənclər  onların adlarını bilməli, onlarla qürur duymalı, onların bioqrafiyasını öyrənməli, həmin insanlara bənzəməyə çalışmalı və onlar haqqında məlumatları gələcək nəsillərə ötürməlidirlər. Bu böyüyən nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin bir hissəsi olmalıdır.
Bu səbəbdən də bu bölməni yaratmaqla həm şəhidlərimizi yüksək ehtiramla yad etdik,həm də onlar haqqında bilmədiklərimizi birlikdə öyrənməyə çalışdıq.Şəhidlər bölməmizdə siz şəhidlərimiz və onların keçdiyi qəhrəmanlıq yolunu  öyrənəcəksiniz.

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.


        Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:
 

...Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.

 

Milli Qəhrəmanlarımız və
vətən uğrundan şəhid olmuşlar


Ülfət Ələkbər oğlu Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcər rayonunda anadan olmuşdur. Ceyran bulağının, Dəlidağın həsrəti, Aşıq Şəmşir sazının sehri onu dinc oturmağa qoymayıb, qanındakı gül-çiçək mayası, lilpar sevdası Ağdərə uğrunda döyüşlərə səsləyib. Taqanroq şəhərində hərbi xidmətini başa vuran və 1991-ci ildə vətənin ağır günlərində Azərbaycana dönən Ülfət müqəd­dəs torpaqlarımızı erməni qəsbkarlarından qorumaq üçün könüllü olaraq döyüşən batalyona yazılır. Azğın düşmənlə döyüşə atılan, Ağdərə, Laçın, Kəlbəcər döyüşlərində igidlik və rəşadət nümunələri göstərən, qısa müddətdə dəfələrlə təşəkkür və mükafatlar alan Ülfətə tezliklə leytenant hərbi rütbəsi verilərək bölük komandiri vəzifəsinə irəli çəkilir.
 

Ülfət yüksək əsgəri keyfiyyətləri, bənzərsiz təşkilat­çılıq qabiliyyəti, hərbi hünəri ilə hamını heyran qoyur.
 

Erməni daşnakları 1992-ci il sentyabrın 5-də Ağdərə rayonunun Vəng istiqamətində Qozlu kəndinə hücum edən zaman Ülfət başsız qalmış taqıma rəhbərlik edərək özünü qorxmaz və ağıllı komandir kimi göstərir. Bu döyüşdə Ülfət şəxsi şücaət göstərərək düşmənin bir tan­kı­nı yandırır, bir PDM-i, bir pulemyotu, xeyli döyüş sursa­tını qənimət kimi ələ keçirir, 22 daşnakı məhv edir. Laçın rayonunun Hoçaz dağı uğrunda döyüşlərdə 11 əsgərlə hücuma keçən Ü.Kərimov 3 düşmən tankını, 2 PDM-i və yenə də xeyli döyüş sursatı ələ keçirərək ermənilərin 70-dən artıq canlı qüvvəsini məhv edir. İkinci həmlədə isə əlbəyaxa döyüşə girir. Bir neçə düşməni və bir tabor komandirini əsir götürərək 15 erməni quldurunu məhv edir.

1993-cü il mart ayının 27-si. Ülfətin sonuncu döyüşü Kəlbəcər rayonunun Ağda­ban kəndində oldu. Tamamilə mühasirədə olan Ağda­bandan əhali hələ çıxarılmamışdı. Bunun üçün vaxt lazım idi. Düşmən qüvvələrinin həddən çox olmasına baxma­yaraq, Ülfət vəziyyətdən çıxış yolu axtarırdı. Nəyin baha­sına olursa-olsun əliyalın, dinc camaatı ölümün pəncə­sindən xilas etmək lazım idi. Gənc leytenant ölüm-dirim savaşına qalxdı. Qumbaraatanla bir düşmən tankını yan­dırdı, digərinin üstünə tullanaraq əl qumbarası ilə onu da partlatdı. Yerə atılan Ülfət düşmən PDM-nin yaxınlaş­dı­ğını gördü. Sonuncu qumbarası ilə zirehli maşının üstünə sıçrayan və onu da partladan Ülfət özü də qəhrəmancasına həlak oldu.

 

Ülfətin anası Fatma xala, qohumları, yaxınları özündən də olmasa, ona veriləcək Milli Qəhrəman fəxri adından təskinlik tapmaq istəyindədirlər.
 

14.09.1993-cü ildə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş Ülfət Kərimovun Milli Qəhrəman adına təqdim edilməsi üçün (ölümündən sonra) lazım olan sənədlər hazırlanıb müvafiq orqanlara verilmişdir. Fatma ana isə düz iyirmi iki ildir bu xəbəri gözləyir. İnanırıq ki, müvafiq təşkilatlar bu məsələ ilə bağlı bütün problemləri vaxtında həll edəcək və gənc qəhrəman layiq olduğu adı tezliklə alacaqdır.

 

Cəmilə ÇİÇƏK,
 

Prezident təqaüdçüsü,yazıçı-publisist, AJB və AYB-nin üzvü,

AMEA-nın Folklor İnstitutunun doktorantı

UNUTSAQ UNUDULARIQ
Döyüş yolları barədə ətraflı məlumat ala bilmədiyimiz bu igid həmyerlilərimizin də adlarını qəlbimizə, tariximizə həkk etdirmək borcundan irəli gəldi bu sətirlər. Doğrudur, vaxt gələcək (bu igidlərin valideynləri bizimlə yaxından əlaqə saxlasalar) onlar haqqında da ətraflı söz açmaq imkanımız olacaq. Bütöv bir qara dastan yazılacaq bu «adsız, soraqsız” igidlərimizdən. Çox təəssüf ki, hələlik bu imkandan məhrumuq. Çünki hələ müharibə qurtarmayıb. Oğul itirən anaların gözləri yollarda, qulaqları səsdə qalıb. Əsir və girovlarımızın sayı dəqiq olmadığından haqqında ətraflı məlumat ala bilmədiyimiz igid döyüşçülərimizə şəhid deməyə dilimiz gəlmir, axı, ana qarğışı var. Əziz oxucu! Oxu və yadda saxla ki, bu igidlərimizin də adları əsrlər boyu yaşayacaq, xatırlanacaq və ürəklərdə heykəlləşəcəkdir. Sorağı gəlməyənlərimizin əzizləri qarşısında baş əyir, təsəlli verir və bizlərdən imdad diləyən əsir, girovlarımıza açıq qapı arzulayırıq.

Allahverdiyev Famil Heydər oğlu (Kəlbəcər,Dalqılınclı kəndi)
Mehtiyev Mirzəli Yəhya oğlu (Kəlbəcər, Barmaqbinə kəndi),

Zamanov Məzahir Mirsəyyaf oğlu (Kəlbəcər, Moz Qaraçanlı k.),

Abişov Feyruz Bəyiş oğlu (Kəlbəcər, Qaraçanlı kəndi),

Sədirov Bəkir Zakir oğlu (Kəlbəcər, Comərd kəndi),

Şirinov Şahin Ənvər oğlu (Kəlbəcər şəhəri),

İbrahimov Vüqar Ələkbər oğlu (Kəlbəcər, Bəzirxana kəndi),

Quliyev Əkbər Ocaqverdi oğlu (Kəlbəcər, Bəzirxana kəndi),

Mustafayev Ənvər Qənimət oğlu (Kəlbəcər, Soyuqbulaq kəndi),

Cəfərov Şövqü Məhəmməd oğlu (Kəlbəcər, Başlıbel kəndi),

Salahov Elşad Isa oğlu (Kəlbəcər, Başlıbel kəndi),

Süleymanov Bəhman Ələkbər oğlu (Kəlbəcər, Başlıbel kəndi),

Hüseynov İsmayil Qulu oğlu (Kəlbəcər, Keçiliqaya kəndi),

Qarayev Qəzənfər Qənbər oğlu (Kəlbəcər, Taxtabaşı kəndi),

Qarayev Qafar Qənbər oğlu (Kəlbəcər, Taxtabaşı kəndi),

Qarayev Bəşir Qəzənfər oğlu (Kəlbəcər, Taxtabaşı kəndi),

Cəfərov Ülfət Cəfər oğlu (Kəlbəcər, Taxtabaşı kəndi),

Şirinov Nəbi Əkbər oğlu (Kəlbəcər, Comərd kəndi),

Əhmədov Habil Binnət oğlu (Kəlbəcər, Comərd kəndi),

Bayramov Aslan Xankişi oğlu (Kəlbəcər, Qaraçanlı kəndi),

Səmədov Vahid Tanrıverdi oğlu (Kəlbəcər, Mərcimək kəndi),

Həşimov Vilayət Yunis oğlu (Kəlbəcər, Comərd kəndi),

Səfərov Elbrus İslam oğlu (Kəlbəcər, Zivel kəndi),

Alıyev Rizvan Əlif oğlu (Kəlbəcər, Ağdaban kəndi),

Ələsgərov Nəriman Koroğlu oğlu (Kəlbəcər, Susuzluq kəndi),

Əliyev Vüqar Bahadur oğlu (Kəlbəcər, Daşbulaq kəndi),

Rzayev Akif Əli oğlu (Kəlbəcər, Susuzluq kəndi),

Səmədov Tahir Yusif oğlu (Kəlbəcər şəhəri),

Sevindikov Yusif Murad oğlu (Kəlbəcər, Keçiliqaya kəndi),

Məmmədov Qəhrəman Ağəmməd oğlu (Kəlbəcər, Keştək kəndi),

Atakişiyev Mehti Şirin oğlu (Kəlbəcər, Qamışlı kəndi),

Kərimov Mahir Bəyiş oğlu (Kəlbəcər, Ağcakənd kəndi),

Heydərov Nadir Heydər oğlu (Kəlbəcər, Zivel kəndi),

Əliyev Ədalət Veysəl oğlu (Kəlbəcər, Çorman kəndi),

İsayev Bəxtiyar Səfər oğlu (Kəlbəcər şəhəri),

Məmmədov Qardaşxan Rəhim oğlu (Kəlbəcər, Çaykənd kəndi),

Nəsibov Yaqub İsa oğlu (Kəlbəcər, Zülfüqarlı kəndi),

Kərimov Əbülfət Sovet oğlu (Kəlbəcər, Ağdaban kəndi),

Bəşirov Hafiz İdris oğlu (Kəlbəcər, Güneypəyə kəndi),

Əsədov Təvəkkül Yusif oğlu (Kəlbəcər, Çorman kəndi),

Haciyev Mürvət İzzət oğlu (Kəlbəcər, Nadirxanlı kəndi),

Muxtarov Qəhrəman Məhəmməd oğlu (Kəlbəcər, Çaykənd kəndi),

Həsənov Valeh Əhməd oğlu (Kəlbəcər, İlyaslar kəndi),

Bəxtiyarov Qahir İsgəndər oğlu (Kəlbəcər, Nadirxanli kəndi),

İsayev Aqil Xanlar oğlu (Kəlbəcər, Təkəqaya kəndi),

Çərkəzov Akif Xançoban oğlu (Kəlbəcər, Qamışlı kəndi),

Abbasov Elçin Binnət oğlu (Kəlbəcər, Moz Qaraçanlı kəndi),

Şamilov Rafiq Tahir oğlu (Kəlbəcər, İstisu qəsəbəsi),

Şahnəzərov Süleyman İstəndiyar oğlu (Kəlbəcər, Bağırlı kəndi),

Əbilov Nadir Qara oğlu (Kəlbəcər, Hacıkənd kəndi),

Xəlilov Namiq Rəhim oğlu (Kəlbəcər, İstibulaq kəndi)

EŞİDİLMƏYƏN HARAYLAR

 

Torpağı, od-ocağı yağılar tərəfindən dağıdılan, yağmalanan analar beləcə əlləri qoynunda, boynubükük qaldılar.

İTKİNLƏRİMİZ, ƏSİR APARILANLARIMIZ, YURDDA QALANLARIMIZ…

Həsənova Tamam İbrahim qızı (Dəmirçidam k.)-1925.

Alışanova Tamara Göyüş qızı (Keştək k.)

Həsənova Qəmər Binnət qızı (Dəmirçidam k.)-1938.

İsmayılov Cəfər Gülməmməd oğlu (Şurtan k.)-1924.

Həsənova Mülayim Bəxtiyar qızı (Şurtan k.)-1900.

Nəcəfov Yunis Kərim oğlu (Milli k.)

Nəcəfova Zərnigar Məhəmməd qızı «--»

Rəhimov Mürsəl Rəhim oğlu «--»

Rəhimova Fatma Şirin qızı «--»

Məmmədova Pəri Talıb qızı «--»

Camalova Gülzar «--»

Babayev Mehdi «--»

Qasımov Həsən «--»

Qasımov Güllü «--»

Qasımova Pəri «--»

Mirzəyev Əli «--»

Mirzəyeva Badam «--»

Nəcəfov Mürsəl «--»

Nəcəfova Ağca «--»

Nəbiyev Həmid «--»

Cabbarov Şükür «--»

Nadirov Şahvələd «--»

Çıraqov Qurban «--»

Rəhimov Veysəl «--»

Hüseynov Dağıstan Balaca oğlu (Ağqaya k.)

Rəhimov Zülfü Camal oğlu (Ağqaya k.)

Rəhimov İlham Zülfü oğlu «--»
Ağamalıyev Şakir Nəsib oğlu (Laçın k.)

Bayramov Qaryağdı (Bəzirxana k.)-1973.

Quliyev Əkbər Ocaqverdi oğlu «--»-1973.

Qarayev Qəzənfər Əkbər oğlu (Taxtabaşı k.)-1935.

Qarayev Bəşir Qəzənfər oğlu «--»-1976.

Əzizov Vəli Asif oğlu «--»-1976.

Hüseynov Hüseyn Səlim oğlu (Taxtabaşı k.)

Hümbətov Ellaz Səfər oğlu (Çəpli k.)-1936.

Kərimov Musa Mustafa oğlu (Atqaya k.)-1920.

Hüseynova Qızxanım Kazım qızı «--»-1910.

Rəhimov Mürvət İbrahim oğlu «--»-1920.

Məhərrəmov Hüsü Cahangir oğlu (Zar k.)-1913.

Kamalov Bahadur Məhəmməd oğlu «--»-1937.

 Vəliyeva Məryəm Məhəmmədhəsən qızı «--»-1910.

Mehdiyev Ədil Musa oğlu «--» - 1926.

Mehtiyeva Tamaşa İslam qızı «--» - 1934.

Məmmədova Gülüsüm Ağa qızı «--»-196.

Şahverdiyeva Sərfinaz Məhərrəm qızı «--»-1938

Şahverdiyeva Göycək Rəcəb qızı «--»-1910.

Dadaşova Şamama Lələkişi qızı «--»-1969.

Abbasov İdris Məmməd oğlu «--»-1945.

Məmmədov Məmməd Abbas oğlu «--»-1915.

Məmmədova Şura Musa qızı «--»-1930.

Şirinova Yasəmən Coban qızı «--»-1937.

Hüseynova Səyyarə Müzəffər qızı (Zar k.)-1959.

Kərimov Şahin Heydər oğlu «--»-1972.

Əhmədov Allahverdi Kərim oğlu «--»-1930.

Sadıqov Məhəmməd Həsən oğlu «»

Şahverdiyeva Sənəm Qurban qızı «--»-1900.

Şirinov Calal Məmməd oğlu «--»-1916.

Şirinova Zəhra İsa qızı «--»-1932.

Dadaşov Göyüş (Çıraq k.).

Dadaşova Telli «--».

Dadaşova Zəminə «--».

Dadaşova Zəminə «--».

Qafarova Səadət «--».

Mürsəlov Əli (Yanşaq k.).

Mürsəlova Xanəstə «--».

Həsənova Fatma «--».

Verdiyev Mansır (İstibulaq k.).

İsmayılova Ayna «--».

Abbasova Günəş (Qamışlı k.).

Baxışova Afərim «--».

Məhərrəmov Əli (İstisu q.).

Məmmədova Qənimət «--».

Şamilov Rafiq «--».

İsayeva Sənəm Həsən qızı «--».

Mustafayev Eyvaz Yusif oğlu «--».

Həsənov Eyvaz «--».

Şirinov Nəriman «--».

Bəxtiyarov Qahir İsgəndər oğlu (Nadirxanlı k.)-1973.

Abbasov Müşfiq Dilqəm oğlu «--»-1971.

Hacıyev Mürvət İzzət oğlu «--»-1974.

Hacıyeva Gülcamal Binnət qızı «--»-1968.

Məmmədov Umud Qərib oğlu (Comərd k.).

Mirzəyeva Şəkər Əli qızı «--».

İsgəndərov Ədil İmran oğlu (Hacıkənd k.) 1907.

Rzayev Akif Əli oğlu (Susuzluq k.).

Əliyeva Rəsmiyyə  Miri qızı «--».

Ələsgərova Mirəstə Sadıq qızı «--».

Ələsgərova Mehman Sadın qızı «--».

Rzayeva Tavar Rza qızı «--».

Əliyev Qaytaran Ata oğlu «--».

Abbasov Qara Məcid oğlu «--».

Abbasova Yeganə Məcid qızı «--».

Bayramova Yəmən Hüseyn qızı (Sarıdaş k.) 1912.

Məmmədov Qələndər Məhəmməd oğlu «--» - 1935.

Məhərrəmov Qurban Südeyman oğlu «--» - 1912.

Məhərrəmova Kübra Şahmar qızı «--» - 1919.

Salahov  Cavanşir Məmməd oğlu «--» - 1906.

Salahova Xurma Həmid qızı «--» - 1912.

Salahov Aşır Cavanşir oğlu «--» - 1935.

Salahov İntiqam Adıgözəl oğlu «--» - 1975.

Məmmədov Məhəmməd Saleh oğlu (Lev.k) 1922.

Məmmədova Səkinə Əlvəli qızı «--» 1925.

Kərimov Bəhlul Hüsü oğlu (Yellicə k.) –

Mehdiyev Məhəmməd Cəlil oğlu «--»

105.Mehdiyeva Səriyyə Əziz qızı «--»

106.İmoyeva Əsli Ələmşah qızı «--»

107.Musayeva Gilas İsa qızı «--»

108.Cabbarov Əli Əsəd oğlu (Laçın k.)

109.Əliyev Ağayar Ağalar oğlu (Almalıq k.) 1912.

110.Mustafayev İlyas Səlim oğlu (Qılınclı k.) 1936.

111.Cəfərov Ülfət Cəfər oğlu «--»

112.Süleymanov Xanvələd Əsəd oğlu (Zülfüqarlı k.)

113.Sevindikova Güleyşə Hümbət qızı (Zülfüqarlı k.)

114.Şamilov Anar Möhtərəm oğlu (Kəlbəcər ş.) 1974.

115.Həsənov İdris Oruc oğlu «--» 1936.

116.Məmmədova Səlvi Sədir qızı «--» 1910.

117. Mayılova Fatma Sədir qızı «--» 1908.

118.Məmmədova Tavat Əhməd qızı «--» 1905.

119.Məmmədov Kazım Bağır oğlu «--» 1910.

120.Mustafayev İsa Nadir oğlu «--» 1910.

121.Abdullayev Etibar Əyyub oğlu «--» 1974.

122.Cəfərov Xasay Ağamalı oğlu «--» 1942.

123.Cəfərova Ağapəri Rəcəb qızı «--» 1910.

124.Salmanova Atlas Alı qızı «--» 1957.

125.Nəcəfova Şərəbanı Rəcəb qızı «--» 1920.

126.Salmanova Məxmər Alı qızı «--» 1957.

127.Abbasova Həcər Vəli qızı «--» 1930.

128.Abdullayeva Həcər «--».

129.Bayramov Vüqar Əsəd oğlu «--» 1971.

130.Məmmədov Hafiz Qədim oğlu «--» 1971.

131.Məmmədova Kamal İmamverdi oğlu «--» 1940.

132.Alışov Həsən İsa oğlu «--» 1910.

133.Eyvazova Bağdat «--»1910.

134.Eyvazova Həcər Mədət qızı «--»1920.

135.Abbasov Musa Bayram oğlu (Daşbulaq k.)

136.Abbasova Gülsüm Məmməd qızı «--» 1900.

137.Babayeva Mədinə Rəhim qızı «--» 1905.

138.Babayeva Sayad Kərim qızı «--».

139.Məmmədova Salatın Ələkbər qızı «--» 1900.

140.İmanquliyev İmanqulu Abbas oğlu (Hacıdünyamalılar k.) 1916.

141.İmanquliyev Səadət «--» 1934.

142.Hüseynova Maral İmanqulu qızı «--» 1966.

143.Hüseynova Səkinə İmanqulu qızı (Hacıdünyamalılar k.) 1966.

144.İlyasova Saçlı Qədim qızı «--» 1920.

145.Nəcəfov Fazil Səfiyar oğlu «--» 1973.

146.Mirzəliyev Hüseyn Kərim oğlu (Zəyli k.) 1923.

147.Mirzəliyeva Bacıxanım Qasım qızı «--» 1930.

148.Məmişov Yusif Əfkər oğlu (Çərəkdar k.)

149.Verdiyeva Tamam Abbas qızı «--» 1900.

150.Hüseynov Nağı Heydər oğlu (Şaplar k.)

151.Hüseynova Sitarə «--»

152.Verdiyeva Göyçək Hüseynalı qızı (Şaplar k.)

153.Mustafayev Yusif Cəmil oğlu «--»

154.Nəbiyeva Həmayil Məhəmməd qızı (Otaqlı k.)

155.Nəbiyeva Mələk Məhəmməd qızı «--»

156.İlyasov İsax Həsən oğlu «--»

157.İlyasova Gözəl İsa qızı «--»

158.Nəcəfov Əsgər İsmayıl oğlu «--»

159.Qurbanov Şahin İmran oğlu (Dağqılınclı k.)

160.Novruzov Elxan İmran oğlu (Otaqlı k.)

161.Cəfərova Şaxanım Allahverdi qızı (Dalqılınclı k.)

162.Cəfərov Qəhrəman Abbasqulu oğlu «--»

163.Cəfərov Məhəmməd Abbasqulu oğlu «--»

164.Tağıyev Məzahir Həsən oğlu «--»

165.Qurbanova Cəvahir İman qızı (Barmaqbinə k.)

166.Cəbrayılova Əsli Məhəmməd q. «--»

167.Alışova Ayna Rəhim qızı (Dərəqışlaq k.)

168.Xıdırov Kərim İlyas oğlu (Orta Qaraçanlı k.) 1923.

169.Orucova Tubu Fərəc qızı «--» 1980.

170.Orucova Minə Əmiraslan qızı «--» 1925.

171.Orucova Sona Əmiraslan qızı «--» 1928.

172.Quliyev Çərkəz Məhəmməd oğlu «--» 1900.

173.Yusifov Hüseyn Həsən oğlu (Başlıbel k.) 1922.

174.Yusifova Şamama Sadıq qızı «--» 1927.

175.Əhmədov Binnət Əbdüləli oğlu «--» 1939.

176.Əhmədova Sevil Binnət qızı «--» 1968.

177.Əhmədova Şərqiyyə Binnət qızı «--» 1975.

178.Əhmədova Zövqiyyə Binnət qızı «--» 1977.

179.Əhmədov Niyyət Binnət oğlu «--» 1983.

180.Əhmədova Fəqiyyə Binnət qızı «--» 1985.

181.Mənsimov Hüseyn İmran oğlu «--» 1928.

182.Əhmədova Busat Əliş qızı «--» 1939.

183.Şahbəndəliyev Osman Şamil oğlu «--» 1963.

184.Şahbəndəliyev İmdad Şamil oğlu «--» 1960.

185.Əhmədov Hümbət Əbdüləli oğlu «--» 1939.

186.Həsənova Çiçək Mikayıl qızı «--» 1926.

187.Salahova Pəri Əbdülrəhim qızı «--» 1890.

188.Qədimov Qədim Muxtar oğlu «--» 1932.

189.Qədimova Mayaxanım Muxtar qızı «--» 1895.

190.Cəfərova Gülara Cəfər qızı «--» 1925.

191.Kazımov Ələkbər Ələsgər oğlu «--» 1948.

192.Kazımova Sərmaya Sadıq qızı «--» 1957.

193.Kazımov Habil Ələkbər oğlu «--» 1978.

194.Kazımov Ruslan Ələkbər oğlu «--» 1976.

195.Kazımova Bacaxanım Ələkbər qızı «--» 1979.

196.Ələsgərov Ələsgər Ələsgər oğlu «--» 1899.

197.İsayev Əbdüləli Səlim oğlu «--» 1890.

198.İsayeva Gülüstan Əbdüləli qızı «--» 1939.

199. Səlimov Ələkbər Əbdüləli oğlu «--» 1955.

200.Əmirəliyev Məhəmməd Abış oğlu «--» 1933.

201.Əmirəliyev Çingiz Məhəmməd oğlu «--» 1968.

202.Əmirəliyeva Nərgiz Mənsim qızı «--» 1968.

203.Əmirəliyev Elimdar Xasay oğlu (Başlıbel k.) 1982.

204.Əmirəliyev Şəhriyar Xasay oğlu «--» 1988.

205.Həsənov Yəhya Mahmud oğlu «--» 1955.

206.Əmirəliyeva Zübeydə Abış qızı «--» 1936.

207.Əmirəliyeva Arzu Binnət qızı «--» 1971.

208.Əmirəliyev Surxay Məhəmməd oğlu «--» 1968.

209.Əmirəliyev Hökmdar Surxay oğlu «--» 1988.

210.Əmirəliyev Xasay Məhəmməd oğlu «--» 1960.

211.Həsənov Səfər Mahmud oğlu «--» 1964.

212.Həsənova Zeynəb Mahmud qızı «--» 1957.

213.Fəttahova Leyli Şedi qızı «--» 1928.

214.Fəttahova Kübra Qədim qızı «--» 1903.

215.Həsənova Mərmər «--» 1930.

216.Həsənova Şamama Hüseyn qızı «--» 1930.

217.Əliyeva Tutu Mənsim qızı «--» 1926.

218.Mirzəyev İsa Sadıq oğlu «--» 1934.

219.Əzimov Elşad Həsən oğlu «--» 1966.

220.Əzimov İsmət Hüseyn oğlu «--» 1966.

221.Şahverdiyev Təhməz Qüdrət oğlu «--» 1969.

222.Cəfərov Mahir Məhyəddin oğlu «--» 1969.

223.Cəfərova Gülgəz Qədim qızı «--» 1898.

224.Fəttahova Çiçək Tağı qızı «--» 1930.

225.Kazımova Naibə Alzana qızı «--» 1967.

226.Səmədov Yaqub İsa oğlu «--» 1933.

227.Babayev Abbas Hüseyn oğlu «--» 1937.

228.Salahov Əhməd Fəttah oğlu «--» 1927.

229.Ağamirov Qənaət İsmayıl oğlu «--» 1940.

230.Əmirəliyeva Günəş Məhəmməd qızı (Şahkərəm k.) 1932.

231.İsayev Qızbəs Fəttah qızı «--» 1900.

232.Baxşəliyev Bağman Məhərrəm oğlu (Şahkərəm k.) 1932.

233.Əzimov İsmayıl Bahadur oğlu «--» 1937.

234.Mustafayev Yapon Müseyib oğlu «--» 1934.

235.Muradov Tapdıq Murtuz oğlu (Çovdar k.) 1926.

236.Qasımov Həsən Qasım oğlu (Xallanlı k.) 1900.

237.Cəfərov Musa Məhərrəm oğlu «--» 1950.

238.Hüseynov Hüseyn Səlim oğlu «--» 1910.

239.Zeynalov Məhəmməd Davud oğlu (Çobangərəkməz k.)

240.Zeynalov Nizami Davud oğlu «--».

241.Zeynalov Fariz Davud oğlu «--».

242.Zeynalova Təranə Davud qızı (Çorman k.)

243.İlyasova Afət Aslan qızı «--»

244.İlyasov Babək Həsən oğlu «--»

245.Quliyev Azər Qara oğlu «--»

246.Quliyeva Nəsibə Qara qızı «--»

247.Quliyev Yaşar Qara oğlu «--»

248.Quliyev Bəxtiyar Qara oğlu «--»

249.Quliyeva Aygün Qara qızı «--»

250.Şirinov Abbas Haqverdi oğlu (Ağcakənd k.) 1928.

251.Məhərrəmova Əsli Süleyman qızı «--» 1921.

252.Nuriyev Faiq Mədət oğlu «--» 1970.

253.Məmmədov Abuzər Salman oğlu «--» 1972.

254.Əsədov İnqilab Kamil oğlu «--» 1973.

255.Ömrümov Etibar Xansuvar oğlu (Çaykənd k.)

256.Əhmədov İdris Nağı oğlu (Aşağı Ayrım k.) 1900.

257.Məmmədov Gürşad Qiyas oğlu (Əsrik k.) 1975.

258.Alışanov Budaq Əli oğlu (Keştək k.) 1930.

259.Verdiyev Qasım İsa oğlu (Seyidlər k.) 1920.

260.Qurbanov Allahverdi Talıb oğlu «--» 1939.

261.Əsədov Cəfər Həsən oğlu «--» 1948.

262.Əliyeva Yemən Bayram qızı «--» 1910.

263.İsgəndərova Yasəmən İsa qızı «--» 1931.

264.Qasımov İdris Bayram oğlu (Ağdaban k.) 1900.

265.Alıyev Rizvan Əmir oğlu «--» 1972.

266.Dünyamalıyev Əfqan Hacı oğlu (Zar k.)

267.Kərimov Şahin Heydər oğlu «--» 1972.

268.Sevindivok Yusif Murad oğlu (Keçiliqaya) 1971

269.Məmmədov Əli Kamran oğlu (Zallar k.) 1973.

270.Mirzəyev Aslan Əli oğlu (Günəşli k.) 1936.

271.Mirzəyeva Afət Aslan qızı «--» 1964.

272.Abdullayeva Mileylə «--» 1924.

273.Rəhimov Əsgərxan Hüseyn oğlu «--» 1937.

274.Quliyeva Ofelya Əli qızı «--» 1975.

275.Quliyev Qoşqar Binnət oğlu «--» 1969.

276.Quliyeva Gülcamal Binnət qızı «--» 1973.

277.Quliyev Tahir Binnət oğlu «--» 1957.

278.Quliyev Tariyel Tahir oğlu «--» 1980.

279.Quliyeva Gülnaz Tahir qızı «--» 1981.

280.Quliyev Hikmət Tahir oğlu «--» 1986.

281.Məmişova İmarət Məhəmmədəli qızı «--» 1959.

282.Məmişov Taleh Ələsgər oğlu «--» 1984.

283.Məmişov Yadigar Ələsgər oğlu «--» 1982.

284.Quliyev Məhəmməd Məmiş oğlu «--» 1938.

285.Quliyeva Cəmilə Məhəmməd qızı «--» 1961.

286.Quliyeva Validə Məhəmməd qızı «--» 1965.

287.Quliyev Bəxtiyar Məhəmməd oğlu «--» 1968.

288.Quliyev İslam Məhəmməd oğlu «--» 1973.

289.Quliyev Fərman Məhəmməd oğlu «--» 1976.

290.Quliyeva İlhamə Məhəmməd qızı «--» 1986.

291.Quliyeva Şahnaz Məhəmməd qızı «--» 1982.

292.Quliyeva Səmayə Məhəmməd qızı «--» 1959.

293.İlyasov Babək Həsən oğlu «--» 1992.

294.İsmayılov Qamboy Budaq oğlu «--» 1939.

295.Alışov Həsən İsa oğlu (Dərəqışlaq k.) 1904.

296.Allahverdiyev İsa Qurban oğlu (Dalqılınclı k.) 1960.


KƏLBƏCƏRDƏ NƏLƏR QALDI…

 

1993-cü il martın 26-da ermənilər Ağdabanı ikinci dəfə odlara qaladı. Düşmən Kəlbəcəri tamamilə işğal etmək üçün ələ keçən fürsətdən istifadə etdi.

 

***

Aprelin (1993-cü il) 2-də Kəlbəcər tamamilə işğal olundu.

Kəlbəcərin 144 yaşayış məntəqəsi işğal edilmiş, 500-dən çox sənaye, tikinti, ticarət, ictimai-iaşə, kolxoz və sovxoz, digər xidmət obyektləri, 96 məktəb, 76 xəstəxana, həkim ambulatoriyası, feldşer-mama məntəqəsi düşmən əlinə keçmişdir.

 

***

13 min yaşayış evi, 324 sosial obyekt yandırılıb məhv edilmişdir.

 

***

Dövlət əmlakına 2 milyard 180 milyon (ilkin hesablamalar köhnə qiymətlərlə aparılıb) manatlıq ziyan dəymişdir.

 

***

Kəlbəcər əhalisinin 130 minik maşını, 195 min xalça-kilimi, 390 min dəst yorğan-döşəyi, 39 min ədəd mebel dəsti, 26 min ədəd televizor və soyuducusu düşmənə qalmışdır.

 

***

Şəxsi əmlaka dəyən zərər təqribən 68 milyard 660 milyon manat məbləğindədir.

 

***

Kəlbəcər-tarix-diyarşünaslıq muzeyinin qədim tarixə malik olan minlərlə eksponatının dəyərini isə hesablamaq mümkün olmamışdır.

 

***

Yol idarələrinə məxsus 6 ədəd «KamAZ», 3 ədəd «ZİL», 1 ədəd «UAZ», 1 ədəd «KpAZ», 1 ədəd «KAVZ» markalı yük maşınları, 23 ədəd buldozer, 9 ədəd ekskavator, 3 ədəd avtoqreyder də qənimət kimi düşmənə qalmışdır.

Bir də ki,  Kəlbəcər muzeyi - sinəsində daş bəzəyi.

44 günlük müharibədə tarix yazan Azərbaycan

Dünya ölkələrinin tarixində bir çox müharibələr, işğallar, geri qayıdışlar və qələbələr baş vermişdir. Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı.

Düşmənin ağ bayraq qaldırması ilə yanaşı uzun illərdir işğalda olan ərazilər də öz həqiqi sahiblərinə qayıtdı. Buna qədər 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edilmişdisə, Ermənistanın məğlubiyyətini etiraf etməsindən sonra qarşıdan gələn 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından işğalçı qoşunların çıxarılması təmin ediləcək.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiyaya razılığını verdi. Halbuki Ermənistan hakimiyyəti Azərbaycanın dəmir yumruğunu öz üzərində hiss etməyənə qədər torpaqları geri qaytarmaqla razılaşmır, Şuşanı qondarma rejimin paytaxtı etmək istəyir və Azərbaycana qıcıq yaradacaq addımlar atırdı.

Ermənistanın 30 il ərzində yaratdığı ordu sadəcə 44 gün tab gətirdi və beləliklə, dünya ictimaiyyətində Ermənistan ordusu haqda yaranan yenilməzlik mifi puç oldu. Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə haqq mübarizəsinə qalxdı və düşməni iti qovan kimi öz ərazilərimizdən çıxardı. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir. 

Bu müddət ərzində Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan rəhbərliyinə diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. 

Bəzi ölkələr işğalçıya təzyiq etmək, zalımı dayandırmaq və sülh-əminəmanlıq yaratmaq əvəzinə, haqq mübarizəsi aparan Azərbaycana təzyiqlər göstərir, ölkəmizin öz torpaqlarını azad etmək və məcburi köçkünləri üçün yaşayış yeri təmin olunmasını uğrunda apardığı mübarizəni dayandırmaq istəyirdi. Lakin Azərbaycanın rəhbərliyinin göstərdiyi iradə ölkəmizin nə qədər güclü və qətiyyətli olduğunu nümayiş etdirdi. 
44 günlük müharibə zamanı Kəlbəcər rayonundan da müharibədə iştirak edən qəhrəmanlıq göstərən qardaşlarımız oldu,şəhid qardaşlarımıza Allahdan rəhmət diləyir , hər zaman yaddaşlarda saxlamağı özümüzə borc bilirik !

bottom of page