top of page
"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.
Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Əhalisi
 
Əhalisi: 71100 nəfər.
Əhalisinin sıxlığı ( nəfər / 1 km²) 36,35 nəfər
Şəhər əhalisi: 12 min 38 nəfər.
Kənd əhalisi: 58 min 716 nəfər.
Kişilərin sayı: 35 min 880 nəfər
Qadınların sayı: 35 min 220 nəfər
Ərazisi. 1936 kv kilometr
Qarabağ müharibəsi əllilərinin sayı -75 nəfər
Şəhid ailələrinin sayı -482 ailə
Məcburi köçkünlərin sayı - 66985 nəfər
Əhalinin milli tərkibi
 
Azərbaycanlılar - 70408 nəfər
Ləzgilər - 1 nəfər
Ruslar - 34 nəfər
Talışlar - 1 nəfər
Avarlar - 2 nəfər
Türklər - 1 nəfər
Ukraynalılar - 1 nəfər
Gürcülər - 1 nəfər
Kürdlər - 41 nəfər
Tatar - 3 nəfər
Digərləri - 2 nəfər
Əhalisi 1 avqust 2013-cü il tarixə olan məlumata əsasən 71.100 min nəfərdir, o cümlədən Bakı şəhərində 8,9 min nəfər, Gəncə şəhərində 22,5 min nəfər, Mingəçevir şəhərində 3,4 min nəfər, Abşeron rayonunda 2,7 min nəfər, Bərdə rayonunda 6,5 min nəfər, Tərtər rayonunda 4,1 min nəfər, Goranboy rayonunda 7,8 min nəfər, Göygöl rayonunda 5,6 min nəfər, Şəmkir rayonunda 1,3 min nəfər, Daşkəsən rayonunda 14 min nəfər, Samux rayonunda 1,4 min nəfər, Yevlax rayonunda 4,0 min nəfər, Oğuz rayonunda 1,1 min nəfər və respublikanın digər 31 şəhər və rayonlarında 8.1 min nəfər müvəqqəti məskunlaşmışdır.
RelyefiKəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.
Kəlbəcərin işğalı Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altındadır.
Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.

Qeyd : Saytda istifadə edilən Kəlbəcərlə bağlı material Məhəmməd Nərimanoğlunun (yazıçı və publisisit) 

"KƏLBƏCƏR :Təbii sərvətlər və möcüzələr diyarı" kitabından götürülmüşdür.

bottom of page