Məsim Məmmədov: “Kəlbəcərin ətrafında sənaye zonası yaradılacaq”
- www.kalbajar.com
- Sep 11, 2023
- 1 min read

Kəlbəcər şəhərinin ətrafında sənaye zonasının yaradılması nəzərdə tutulur.
Kalbajar.com “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Kəlbəcərdə keçirilən Əlaqələndirmə Qərargahının Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun iclasından sonra jurnalistlərə bildirib.
O qeyd edib ki, sənaye zonasında müxtəlif tipli müəssisələrin tikintisi nəzərdə tutulur:
“Bundan əlavə, bir neçə müəssisədə sənaye zonaları üçün yerlər ayıracağıq. Kəlbəcər çox zəngindir. Burada kənd təsərrüfatı, turizm, emal sənayesi üçün imkanlar var”.
Comments