top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

111 elmi əsərin,55 elmi məqalənin müəllifi Şahin HƏSƏNOV

Updated: Nov 14, 2023


Hə­sə­nov Şa­hin Hüm­mət oğ­lu 30 sent­yabr 1962-ci il­də Azər­bay­can Res­pub­li­kası­nın Kəl­bə­cər ra­yo­nu­nun La­çın kən­din­də ana­dan ol­muş­dur. 1969-cu il­də La­çın kənd ib­ti­dai məktə­bi­nin bi­rin­ci sin­fi­nə qəbul edil­miş­dir. 1979-cu il­də Zül­fü­qar­lı kənd or­ta mək­tə­bi­nin onun­cu sin­fi­ni mü­vəf­fəq qiy­mət­lər­lə bitir­miş­dir. Hə­min il­də Azərbay­can İn­şa­at Mü­hən­dis­ləri İns­ti­tu­tu­nun “Av­to­mo­bil yol­la­rı üz­rə mü­hən­dis-inşa­at­çı” fa­kül­tə­si­nə qə­bul ol­muş­dur və ins­ti­tu­tu müvəf­fə­qiy­yət­lə bi­tir­miş­dir. Ye­ni Azər­bay­can Par­tiya­sı­nın üz­vü­dür. 1984-1985-ci il­lər­də Azər­bay­can Res­pub­li­ka­sı Me­şə Tə­sər­rü­fa­tı Na­zir­li­yi sis­te­min­də mə­sul və­zi­fə­də iş­lə­miş­dir. Şa­hin Hə­sə­nov 1985- 1993-cü il­lər­də Av­to­mo­bil Yol­la­rı­nın Ti­kin­ti­si və İstis­ma­rı Na­zir­li­yin­də tex­ni­ki ida­rə­nin eks­per­ti, Yol hə­rəkə­ti­nin təş­ki­li və təh­lü­kəsiz­lik tex­ni­ka­sı şö­bə­si­nin bö­yük mü­hən­di­si, Nə­zarət-Təf­tiş İda­rə­sin­də mü­hasib-təf­tiş­çi­si, apa­rı­cı mü­təxəs­sis, rə­is mü­avi­ni və rə­is və­zi­fə­lə­rin­də iş­lə­miş­dir. 1993-2003-cü il­lərdə “Azə­rav­to­yol” Dövlət Şir­kə­ti­nin bi­rin­ci vitse-pre­zi­den­ti və­zi­fə­sin­də ça­lış­mış­dır. Ş.H. Hə­sə­nov Av­tomo­bil Yol­la­rı­nın Ti­kin­ti­si və İs­tis­ma­rı Na­zir­li­yin­də və “Azə­rav­to­yol” Döv­lət Şir­kə­tin­də iş­lə­di­yi il­lər­də Tex­ni­ki Şu­ra­nın, Ten­der Ko­mis­si­ya­sı­nın, Av­to­mobil yol­la­rı­nın və kör­pü­lərin mü­ha­fi­zə­si və is­tis­ma­rı za­ma­nı föv­qə­la­də hal­lar üz­rə ko­mis­si­ya­nın səd­ri, uzun müd­dət (12 il ər­zində) Kol­le­gi­ya üz­vü, Azərbay­can Res­pub­li­ka­sı Nazir­lər Ka­bi­ne­ti­nin üz­vü ki­mi, Baş na­zi­rin ya­nın­da yol hə­rə­kə­ti­nin təh­lü­kə­sizli­yi üz­rə ko­mis­si­ya­sı­nın üz­vü ol­muş­dur. 1994-1996-cı il­lər­də Azər­bay­can İn­şa­at Mü­həndis­lə­ri İnis­ti­tu­tun­da Döv­lət İm­ta­han Ko­mis­si­ya­sı­nın səd­ri ol­muş­dur. Ş.H. Hə­sə­nov 1996- cı il­də “Av­to­mo­bil yol­ların­da çat­la­rın in­ki­sa­fı­nın konst­ruk­tiv da­yan­dı­rıl­ması me­xa­ni­ka­sı mə­sə­lə­lə­ri” möv­zu­sun­da na­mi­zəd­lik di­ser­ta­si­ya­sı­nı mü­da­fiə etmiş­dir. Ru­si­ya, Fin­lan­di­ya, Al­ma­ni­ya və Ya­po­ni­ya­da Ali in­şa­at təd­ris kurs­la­rı keç­miş­dir.



Ş.H. Hə­sə­nov 2010-cu il­də “Yol ör­tü­yü­nün gər­gin de­for­ma­si­ya və­ziy­yə­ti­nin və da­ğıl­ma­sı­nın mo­dern­ləşmə­si” möv­zu­sun­da dok­torluq dis­er­ta­si­ya­sı­nı mü­da­fiə et­miş­dir. Ali At­tes­ta­si­ya komis­si­ya­sı­nın Rə­ya­sət He­yəti­nin 04.02.2011-ci il ta­rixli qə­ra­rı ilə Tex­ni­ki elm­lər dok­to­ru adı al­mış­dır. 10 av­qust 2010-cu il­də Bey­nəl­xalq Nəq­liy­yat Akade­mi­ya­sı­nın hə­qiqi üz­vü se­çil­miş­dir. Şa­hin Hə­sə­nov Al­mani­ya Azər­bay­can şir­kə­tin­də Bey­nəl­xalq la­yi­hə­lər üz­rə məs­lə­hət­çi, Bir­ləş­miş Millət­lər Təş­ki­la­tı­nın (BMT) İn­san Haqq­la­rı İns­ti­tu­tunun Azər­bay­can üz­rə koor­di­na­to­ru­dur. TA­CİS VƏ TRA­SE­CA proq­ram­la­rı­nın Azər­bay­can­da ilk ko­or­dina­to­ru ol­muş­dur.


“Az­Virt” şir­kə­ti in­şaat­çı­la­rı­nın Ser­bi­ya Respub­li­ka­sın­da “E763 Belq­rad-Juz­ni Jad­ran magist­ral yo­lu­nun Ljig-Preli­na hissәsi­nin ti­kin­ti­si” la­yihәsi çər­çi­və­sin­də 4 il ər­zin­də in­şa et­di­yi uzunlu­ğu 40,36 ki­lo­metr olan 4 zo­laq­lı iki­tə­rəfi yo­lun, üç yol qov­şa­ğı­nın, hər biri­nin uzun­lu­ğu 200 metrdən 890 met­rə qə­dər olan 4 tu­ne­lin, 23-ü çox­ya­rus­lu ol­maq­la 66 kör­pü­nün, sü­rüş­mə zo­na­la­rın­da uzun­luğu 6 ki­lo­metr olan da­yaq di­var­la­rı­nın ti­kin­ti­si­nin, 22 ki­lo­metr mə­sa­fə­də ça­yın del­ta­sı­nın də­yiş­di­ril­mə­si iş­lə­ri­nin ye­ri­nə ye­ti­ril­məsin­də Şa­hin Hə­sə­no­vun gər­gin əmə­yi var­dır.

Ş.H. Hə­sə­nov hal-hazır­da Azər­bay­can Tex­ni­ki Uni­ver­si­te­tin­də “Av­to­mobil da­şı­ma­la­rı və yol hərə­kə­ti­nin təh­lü­kə­siz­li­yi” ka­fed­ra­sın­da pro­fes­sor vəzi­fə­sin­də iş­lə­yir. Şa­hin mü­əl­lim ey­ni zaman­da bu gün “Az­virt” MMC-nin Qır­ğı­zıs­tan Respub­li­ka­sın­da­kı fi­li­alı­nın rə­is mü­avi­ni ki­mi şir­kə­tin Qır­ğı­zıs­tan Res­pub­li­ka­sında­kı la­yi­hə­lə­ri­nə rəh­bər­lik edir. Hazırkı vaxtda Mə­dəniy­yət-Cə­li­la­bad av­to­magist­ra­lın­da Biş­kek-Oş kori­do­ru­nun (67 km-lik ikin­ci də­rə­cə­li yol) 4-cü fa­za­sı­nın ti­kin­ti­sinə hazırlıq işləri gö­rü­lür. Qeyd edək ki, 67 km-lik yo­lun üzə­rin­də (11 kör­pu) möv­cud 9 kör­pü­nün re­kon­struk­si­ya­sı və 2 körpü­nün ti­kin­ti­si hə­ya­ta ke­çiri­lə­cək­dir. Ti­kin­ti müd­də­ti üç il­dir. Ş.H. Hə­sə­nov 9 sə­mərə­ləş­di­ri­ci tək­li­fin, 111 el­mi əsə­rin (bun­lar­dan 92-si el­mi mə­qa­lə, 19-u ki­tab, dərs­lik, fənn proq­ra­mı və dərs vəsa­it­lə­ri­dir) və bir ne­çə fənn proq­ra­mı­nın mü­əl­li­fi­dir. 55 el­mi mə­qa­lə­si bir sı­ra xa­rici öl­kə­lə­rin, (52 yer­li nəşr) Ali At­tes­ta­si­ya Ko­mis­si­yala­rın­da qey­diy­yat­dan keçmiş nü­fuz­lu jur­nal­la­rın­da (İn­fo­facts) dərc edil­miş­dir (Qeyd: 04 yan­var 2019-cu ilə olan mə­lu­mat). Ş.H. Hə­sə­no­vun əməyi hər za­man rəh­bər­lik və döv­lət tə­rə­fin­dən yük­sək qiy­mət­lən­di­ril­miş­dir. Be­lə ki, o, öl­kə­nin ti­kin­ti qu­rucu­luq yö­nü­mün­də və el­mipe­da­qo­ji sa­hə­də­ki ço­xil­lik sə­mə­rə­li fə­aliy­yə­ti­nə və qazan­dı­ğı na­iliy­yət­lə­rə gö­rə də­fə­lər­lə fəx­ri fər­man­lar­la təl­tif olun­muş­dur. O, 16.06.2011-ci il ta­rixin­də Azər­bay­can Res­publi­ka­sı­nın Fəx­ri Yol İş­çi­si adı­na la­yiq gö­rül­müş­dür. 28 no­yabr 2012-ci il­də av­to­mo­bil yol­la­rı­nın ti­kinti­si və is­tis­ma­rı sa­hə­sin­də ço­xil­lik sə­mə­rə­li fə­aliy­yəti­nə gö­rə Müs­tə­qil Döv­lətlər Bir­li­yi­nin Hö­ku­mət­ləra­ra­sı yol iş­çi­lə­ri Şu­ra­sı­nın fəx­ri Şə­adət­na­mə­si ilə təltif edil­miş­dir. Şa­hin Hə­sə­nov “Xu­dafə­rin” Ali Yol Mü­ka­fa­tı ilə təl­tif olu­nub.

Azər­bay­ca­nın Fəx­ri Yol in­şa­at­çı­sı­dır. Ş.H. Hə­sə­nov öl­kə­nin yol in­şa­at­ı sa­hə­sin­də­ki sə­mə­rə­li fə­aliy­yə­ti­nə görə Azər­bay­can Av­to­mobil Yol­la­rı – 100 il "Yubi­ley me­da­lı" ilə təl­tif olun­muş­dur. Ş.H. Hə­sə­nov ailə­li­dir, iki öv­la­dı var. Ş.H. Hə­sə­nov bü­tün əmək fə­aliy­yə­ti il­lə­rin­də icti­mai fə­al­lı­ğı ilə se­çil­miş və res­pub­li­ka­nın in­ki­şa­fı üçün öz sa­hə­sin­də əzm­lə ça­lışmış­dır və o, bu gün də ey­ni amal­la ça­lı­şır. Ş.H. Hə­sə­nov yük­sək təş­ki­lat­çı­lıq key­fiy­yət­ləri­nə ma­lik alim, özü­nə və ət­ra­fın­da­kı in­san­la­ra qar­şı çox diq­qət­cil və qay­ğı­keş, nə­za­kət­li, cid­di və mə­nəvi də­yər­lə­rin da­şı­yı­cı­sı, saf əqi­də­li, tor­pa­ğı­na, və­tə­ninə, döv­lə­tə və döv­lət­çi­li­yə bağ­lı bir in­san­dır. Ani və vax­tın­da düzgün qə­rar­lar ver­mək baca­rı­ğı olan alim və yük­sək sə­viy­yə­li mü­tə­xəs­sis ki­mi onun­la ən mü­rək­kəb məsə­lə­lə­ri mü­za­ki­rə et­mək müm­kün­dür. Ş.H. Hə­sə­nov həm də se­vi­lən mü­əl­lim­dir və bu sev­gi­nin ar­xa­sın­da onun yax­şı in­san ol­ma­sı ami­li da­ya­nır. Bu gün onun yetir­mə­lə­rin­dən res­pub­li­ka ti­kin­ti komp­lek­si­nin bütün qol­la­rın­da apa­rı­cı mütə­xəs­sis­lər var­dır və o, bu gün də bir mü­əl­lim ki­mi öz çox­say­lı ar­dı­cıl­la­rı­na yol gös­tə­rir. Ş.H. Hə­sə­nov düz­günlü­yü se­vən dü­rüst, əsil­zadə və nə­cib in­san­dır. Be­lə in­san­la­r hə­yat­da is­tə­dik­lə­ri uca­lı­ğa ça­ta bi­lir­lər. Əminik ki, Şa­hin Hə­sə­nov is­tər mü­əl­lim ki­mi, is­tər­sə də, tikin­ti sa­hə­si­nin rəh­bər kadrla­rın­dan bi­ri ki­mi qar­şı­ya qoy­du­ğu bü­tün hə­dəfə­rə ça­ta­caq­dır.

Şahin Hümmət oğlu Həsənov Azərbaycanın “Azvirt” MMC şirkətində “Bişkek-Oş avtomobil yolunun yenidənqurulması” “Mədəniyyət qəsəbəsindən Cəlal-Abad şəhərinədək olan hissə” (67 km) layihəsinin icrası və yüksək keyiyyətlə yerinə yetirilməsinə görə Qırğızıstan dövlətinin Nəqliyyat və Komunikasiya Nazirliyi tərəfindən yüksək medalla mükafatlandırılmışdır.

“Bişkek-Oş” avtomobil yolu Qədim İpək yolunun üzərində yerləşməklə böyük tranzit imkanlarına malik beynəlxalq yoldur və bu layihə Avrasiya Bankı tərəfindən maliyyələşdirilir. Qeyd edək ki, Şahin Həsənov “Azvirt” MMC-nin Qırğızıstan filialının direktor müavinidir.


Həmçinin bunlara da bax :


Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

            Copyright  © 2022        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajarcom@gmail.com        |     By Rashad Abdullayev          

bottom of page