Adil DƏLİDAĞLI
- www.kalbajar.com
- Jul 6, 2018
- 1 min read

Adil Seyidov 1967-ci ildə Kəlbəcər rayonunun Nəcəfalılar kəndində anadan olub. 1995-ci ildə M.F. Axundov adına APİ-ni fərqlənmə diplomu ilə bitirib. 1996-cı ildə Novosibirsk şəhərində müəllimlik fəaliyyətinə başlayıb. Sonra Vətənə qayıdaraq 1998-ci ildə Bakıdakı 88 saylı liseydə, 1999-cu ildə isə Binəqədi rayonundakı 157 saylı məktəbdə ixtisası üzrə müəllim işləyib. 2003-cü ildən həmin məktəbdə direktor müavinidir. “Palitra”, “Qanun səsi”, “Yenilik”, “Media Azərbaycan” qəzetlərində, “Qisasa çağırır” almanaxında bir neçə şeri dərc olunub.
Comentários