Ata anası ilə birgə şəhid olan döyüşçü
- www.kalbajar.com
- Feb 4, 2019
- 1 min read

Rəşid Hüseyn оğlu Hüseynov 3 oktyabr 1963-cü ildə Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olub.
1975-ci ildə ailələri Xocalıya köçüblər və Rəşid də orta məktəbi Xocalıda bitirib. Sovet ordusunda xidmət edib.
1984-85-ci illərdə Xocalıda Milis bölməsində ictimai asayişin keşikçisi işləyib. Məlum 26 fevral 1992-ci ildə Xocalı soyqırımı zamanı şəhid olub.
Rəşidin, atasının və anasının meyidləri 2 mart 1992-ci ildə Ağdamdan gətirilərək Bərdə rayоnunun Yeni Daşkənd kəndində dəfn оlunub.
Comentarios