top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Ağdaban Soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi - FOTOLAR



Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatı və “Aşıq Şəmşir “ Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 07 Aprel 2022-ci il tarixində Bakı şəhərində Nizami kino mərkəzində Ağdaban Soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvüləri, Milli Məclisin deputatları, YAP Mərkəzi aparatın əməkdaşları və ölkə ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

İlk öncə torpaqlarımızın azadlığı, ərazi bütövlüyü və Ağdaban Soyqırımında canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad eildi. Ağdaban Soyqırımına həsr olunmuş video-çarx nümayiş etdirildi. Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, millət vəkili Musa Quliyev çıxış edərək bildirdi ki, bu il erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi Ağdaban faciəsindən 30 il ötür. Ağdaban faciəsi Xocalı hadisələrindən sonra erməni cəlladlarının hələ də türk, azərbaycanlı qanına doymadığının əyani göstəricisidir. Belə soyqırım əməllərindən biri də Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağın dilbər guşəsi Kəlbəcərin kənd və qəsəbələrində erməni quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət faktlarıdır. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Dünya tarixində özünəməxsus rol oynamış xalqımızın tarixi yenidən yazılaraq beynəlxalq ictimaiyyətə təqdim edilir.

“Aşıq Şəmşir” mədəniyyət ocağının sədri, Ağdaban sakini Cavid Qurbanov bildirdi ki, Ağdaban faciəsi qurbanlarının xatirəsini anmaq və faciəni yad edərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər il dövlətimiz tərəfindən anım mərasimləri təşkil edilir. 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdaban kənd sakinlərinin başına dəhşətli faciə gətirdilər.






Mən gözümü Ağdabanda - Dədə Şəmşir yurdunda açmışam. Ermənilər yurdumuzu, Dədə Şəmşirin əlyazmalarını talan etdilər. Mənfur düşmən Kəlbəcəri talaya biləcəyini yoxlamaq üçün Ağdabanda vəhşiliklər törətdi.

Kəlbəcər rayonunun 130 evdən ibarət AĞDABAN kəndi tamamilə erməni seperatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işkəncələr verildi. 33 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Bu bir kəndin sakinlərinə tutulmuş amansız və insanlıq adına sığmayan divan idi.

Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Bu gün ölkə başçısı cənab İlham Əliyev və I vitse Prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən xalqımızın başına gətirilən müsibətlər dünya ictimaiyyətinə çatdrılır və onlara hüquqi-siyasi qiymət verilir.

Şükürlər olsun ki, 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə başlayan, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsində həm də Ağdaban soyqırımının qurbanlarının qisası alındı.

Bu gün artıq qalib xalqıq, qalib ölkəyik. Bir kəlbəcərli olaraq mən də qürur duyuram ki, doğma yurdumuzu gördük. Atamı vəfat etməmişdən öncə o torpaqlara apara bildiyim üçün xoşbəxtəm. 





Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edilən Polkovnik-leytenant Şəhid Anar Əliyevin atası Vaqif Əliyev çıxış edərək bildirdi ki, qürur hissi keçirirəm ki, bu qələbədə, şəhidlərimzin qisasının alınmasında mənim oğlum, 1980-ci ildə Kəlbəcər rayonunda anadan olmuş Anarın da payı oldu. Mən oğlumu uşaqlıqdan vətənpərvərlik hissləri ilə, milli ruhda böyütmüşdüm. Oğlum hərbçi peşəsini seçəndə inanırdım ki, o qəhrəmanlıqlar göstərəcək. Çünki onun doğulduğu yurd işğalda idi. Anar həmişə qisas hissi ilə yaşayırdı. Ən böyük məqsədi torpaqlarımızın azadlığı idi. Mən Şəhid və qazi ailələri adından bizlərə göstərilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, onun xanımı Mehriban xanım Əliyevaya öz hörmət və ehtiramımızı bildiririk.

Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Şuşaya ilk daxil olan 3 tabordan birinin komandiri, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edilən Saleh Həsənov çıxış edərək bildirdi ki, bu gün şəhidlərimizin illərlə nigaran qalan ruhları şad oldu. Xocalı cəlladları ilə yanaşı Ağdaban qatillərinin də cəzası döyüş meydanında qəhrəman oğullarımız tərəfindən verildi. Ona da əminik ki, qüdrətli Azərbaycan dövlətinin, müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində düşmənlərimizə verdiyi tarixi dərs nəticəsində rəzil duruma düşən mənfur qonşularımız bundan sonra nəinki xalqımıza qarşı hansısa soyqırımı cinayəti törətmək üçün özündə güc tapacaq, əksinə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qeyd etdiyi kimi, bir daha bizim tərəfə baxmağa belə cəsarət etməyəcəklər!





Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page