AĞDABANLI QURBAN
- www.kalbajar.com
- Jul 1, 2018
- 1 min read

Aşıq Qurban Məşədi Məhərrəm oğlu 1859-cu ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olmuş, sonralar Ağdabana köçərək ömrünün sonunadək, yəni 1925-ci ilədək orada yaşamışdır. Azərbaycan və fars dillərində mükəmməl mədrəsə təhsili almış Qurban Məşədi Məhərrəm oğlunun külli miqdarda qoşması, gəraylısı, müxəmməsi, divanisi, təcnisi və s. formalarda şerləri aşıqların və el-obanın dillər əzbəri olmuşdur. Aşıq Ələsgər kimi məşhur ustadlarla dostluq etməsi bir daha göstərirdi ki, Qurban Ağdabanlı nəinki öz müasirlərinə, sonrakı nəsillərə də örnək söz sahibi olmuşdur. Aşıq Qurbanın Növrəs İman və Bimar Əli ilə maraqlı deyişmələri də yaddaşlardan yazılı ədəbiyyata keçmişdir. Onun əlyazmalarını oğlu, bu gün aşıq ədəbiyyatında Dədə zirvəsinə ucalan Dədə Şəmşir qoruyub saxlamış, ustad sənətkarın bir sıra şerləri sonralar kitabça şəklində çap edilmişdir.
Comments