Böhtan xarakterli yazılara son qoyaq
- www.kalbajar.com
- Sep 25, 2018
- 1 min read

Hörmətli həmkarlarım!
Hörmətli jurnalist həmkarlarım! Sizin internet saytlarında Kəlbəcərdən seşilmiş, millət vəkili, Cavid Qurbanovun ad günü münasibəti ilə işıqlandırdığınız qərəzli fikirlərə münasibət bildirmək istərdim. Cavid Qurbanov Ağdabanlı Aşıq Qurban, Dədə Şəmşir, Qəmbər Şəmşiroğlundan gələn nəslin nümayəndəsidir.
Bilmək istəyirsinizsə əgər Cavid müəllimin doğulduğu Ağdaban kəndi 1992-ci ildə ermənilər tərəfindən tamamilə dağıdılıb, evlər yandırılıb, Babası Dədə Şəmşirin məzarı dağıdılıb, əl yazmaları yandırılaraq məhv edilmişdir. Həmin kəndin 32 nəfər sakini diri-diri yandırılaraq, insanlığa sığmayan işgəncələrlə qətlə yetirilmişdir. Qətlə yetirilənlər içərisində 14 nəfərə yaxın kənd sakini Aşıq Qurban ocağının nümayəndəsi idi. Cavid müəllimin bibisi, Aşıq Şəmşirin qızı Çimnaz xanım, əmisi Əkbər müxtəlif vaxtlarda ermənilər tərəfindən qətlə yetirilmişdi.
Siz yazırsınız Cavid müəllim 60 illik yubileyini təmtəraqla qeyd edib. Ancaq mən nəzərinizə çatdırıram ki, Cavid müəllimin ad gününü 70 minə yaxın Kəlbəcər əhalisi bir gün yox, aylarla keçirməyə şad olardılar.
Biz “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında Cavid müəllimin ad gününü adi bir tortla qeyd etdik. Həmin tədbirdə Cavid müəllimin rəhbərlik etdiyi kollektivin kiçik bir qismi iştirak edirdi.
Budurmu yazdığınız təmtəraqlı ad günü? Yazarkən xahiş edirəm böhtana, şərə, həqiqətə uyğun olmayan iftiralara yol verməyəsiniz. Amma bir kəlbəcərli olaraq sizlərə bildirmək istəyirik ki, Cavid müəllimin növbəti ad gününü siz qeyd elədiyiniz şəkildə, ondan da daha yüksək səviyyədə Kəlbəcərdə, Ağdabanda - Dədə Şəmşir ocağında qeyd edəcəyik.
Hörmətlə:
Tural Kəlbəcərli
“Ağdabanın səsi”, “102-ci qəzet” qəzetlərinin baş redaktoru,
“Qızıl qələm”, “Azərbaycan bayrağı”,
“İlin jurnalisti” medi mükafatları laureatı
Comments