Bəhmən VƏTƏNOĞLU
- www.kalbajar.com
- Jul 1, 2018
- 1 min read

Bəhmən Kalış oğlu Abbasov 1932-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Lev kəndində anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olan Bəhmən oranı bitirdikdən sonra əvvəlcə Lev kənd orta məktəbində müəllim, sonra 20 il məktəb direktoru işləyib. Hələ gəncliyindən Bəhmən Vətənoğlunun şerləri xalq arasında geniş yayılıb, dillər əzbəri olsa da, uzun müddət kitab çap etdirmək ona nəsib olmayıb. Bunun da öz səbəbləri var idi. Keçmiş sovet rejimi Bəhmən Vətənoğlu kimi, o dövrün bürokratik əngəllərini tənqid atəşinə tutanları mətbuatdan uzaqlaşdırmışdı. Buna baxmayaraq, Bəhmən Vətənoğlunun şerləri sinələrdə, dillərdə, aşıqların, müğənnilərin ifasında toy, şənlik məclislərinin bəzəyinə çevrilmişdi. Kəlbəcər işğal olunduqdan sonra Gəncədə məskünlaşmış Bəhmən Vətənoğlu da yurd niskilinə dözməyərək 2004-cü il sentyabr ayının 30-da beyninə qəfil qan sızmasından vəfat edib. Xanlarda dəfn olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəhmən Vətənoğlunun bir neçə şer kitabı oxucularına yadigar qalıb.
Comments