Dəmirçi ABBAS
- www.kalbajar.com
- Jul 1, 2018
- 1 min read

Mustafayev Abbas Abdulla oğlu 1934-cü ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. Hələ uşaq yaşlarından zəhmətlə böyüyən Abbası yeniyetmə çağlarından atası kəndlərində dəmirçi yanına şəyird qoyub. Bir neçə il ərzində Abbas bütün ətrafda tanınmış dəmirçi olub. Daha sonra o, bənna sənətinə də yiyələnib. Təsadüfi qəza nəticəsində Abbas xəstələnib və aylarla yuxu üzünə həsrət qalıb. Müalicə olunub sağaldıqdan sonra, 43 yaşından başlayaraq şer yazıb. Kəlbəcər işğal olunduqdan sonra Yevlax şəhərində məskunlaşan Dəmirçi Abbas bu illərdə də yurd həsrəti ilə xeyli şerlər yazıb. Sağlığında şairin 4 kitabı işıq üzü görüb. 1994-cü ilin may ayında vəfat edib. Ölümündən sonra isə «Mən necə gülüm» kitabı oxucularına yadigar qalıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Comments