top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Eldar Həsənovun vəkilləri prezidentə və birinci vitse-prezidentə müraciət etdi - VƏZİYYƏTİ

Hazırda həbsdə olan sabiq baş prokuror Eldar Həsənovun vəkilləri Cəlil Mirzəyev, Adəm Məmmədov, Valeh Mehrəliyev və Cavad Cavadov Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.


Kalbajar.com həmin müraciəti təqdim edir:

Həbsdə saxlanılan Eldar Həsənovun vəkilləri olaraq onun səhhətində yaranmış çox ciddi və ağır durumla bağlı, bəlkə də sonuncu dəfə, Sizlərə müraciət edirik.

Nə üçün sonuncu? Çünki xəstəliyin surətlə irəliləməsi nəticəsində durum o qədər ağırdır ki, növbəti dəfəyə ehtiyac qalmaya bilir.

Vəkillər olaraq düşünürük ki, onun səhhətinin ağır durumda olması ilə bağlı məlumatlar bəlkə də Sizlərə çatmır.

02 iyul 2021-ci il tarixdə Eldar Həsənov müayinə və müalicə olunması üçün stasionar qaydada Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalına yerləşdirilmişdir. Bir sıra müayinələr, kolonospik müdaxilə (bağırsağından əməliyyat) aparılmışdır.

Əvvəlki müraciətlərimizdə də bildirmişdik ki, Eldar Həsənov keçən ilin oktyabr ayından başlayaraq təkrarlanan başgicələnmələrdən, ayaqların tutulmasından və nəticədə yıxılmalardan şikayət edirdi.

İndiyə kimi 170 dəfədən artıq belə yıxılmalar baş vermişdir. Həmin vaxtdan çəliklə hərəkət etmək məcburiyyətində qalmışdır. Baş Prokurorluğa onun öz həkimləri tərəfindən müayinə olunması ilə bağlı dəfələrlə vəkillərinin vəsatətləri əsassız olaraq təmin edilməməsi belə ağır fəsadlara gətirib çıxartmışdır.

Hospitalda stasionarda olan zamanı müayinə zamanı onda paroksizmal pozision vertiqo, sol tərəfli diskogen boyun radikulopatiyası, diskogen lumbal radikulopatiya aşkar olunmuşdur.

Beləliklə hazırki vaxtadək başgicələnmələrin və yıxılmaların səbəbi bu xəstəlik olmuşdur. Bu xəstəliyin vaxtında aşkara çıxarılmaması və adekvat müalicə aparılmaması (əslində bu xəstəliyin müalicəsi yoxdur, ağırlaşmanın qarşısını almaq üçün gündəlik profilaktikası vardır: dərmanlar, məşğələlər, fizioterapiya, müntəzəm açıq havada olma və s.) səbəbindən hazırda durum çox ağırdır. Müntəzəm başgicələnmələr yıxılmalarla müşahidə olunur və istənilən növbəti yıxılmaların birində ağır fəsad baş verə bilər.

Bütün bunları nəzərə alaraq Sizlərdən xahiş edirik Eldar Həsənovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı köməklik göstərəsiniz.


Adem Memmedov Valeh Mehraliyev Jalil Mirzayev

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page