top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

QASIMOV ELDAR KÖÇƏRİ OĞLU

Updated: Jun 29, 2018


Qasımov Eldar Köçəri oğlu, 1949-cu ildə Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olmuşdur. Bəzirxana kəndində orta məktəb olmadığından, Qasımov yaxın Zar kəndi orta məktəbinə daxil olmuşdur. Lakin, atası daha yaxşı oxuması fikri ilə onu Kəlbəcər qəsəbə orta məktəbinə gətirmişdir. 5-ci sinifdən burada oxuyan E.K.Qasımov 1966-cı ildə həmin məktəbi qurtarmışdır.

Eldar müəllim Kəlbəcər qəsəbə orta məktəbində oxuduğu illəri hələ unutmamışdır. O, deyir:-Həmin məktəbdə hədsiz tələbkar və təmənnasız öyrətmə həvəsi ilə yaşayan müəllimlərimiz var idi. Cəfər və Muxtar müəllimin özlərinə məxsus dərs aparma üsulları, Bəhmən müəllimin ciddiliyi, Yaqub müəllimin tələbkarlığı, Aslan müəllimin təkrar olunmaz danışıq tərzi, Məmməd Aslanın bədii qiraəti və zərif əl qabiliyyəti yaddan çıxmaz xatirələrimin ən yaddaqalanıdır. Elə buna görə yalnız bizim sinifdən 6 nəfər şagird həmin il Azərbaycan Tibb İnstitutuna daxil oldu.

Qasımov Eldar institutda əla oxumaqla yanaşı, elmə daha çox həvəs göstərmiş, hətta institutu qurtarmaq ərəfəsində insan anotomiyası fakültəsində laborant işləmişdir. Cərrahiyə dərslərində professor Mahmudbəyov, onun cərrahiyə əməliyyatlarında köməkçi olduğu zaman qabiliyyətli olduğunu və elmə yüksək marağının şahidi olmuşdur. Elə buna görə də, Eldar Qasımovun qarşısına çıxan çətinliklərdən onu müdafiə etmişdr. Eldar müəllimin elmi müvəffəqiyyəti hələ o tələbə ikən cərrahiyə əməliyyatlarında göstərdiyi qabiliyyəti, istedadı göz götürməzliyə səbəb olurdu. O, lap institutu buraxıb getmək qərarına gələn zaman bunu bilən atası Köçəri kişi və atasının dostu rayonun baş həkimi Məhəmməd Hacıyev ona ruhdan düməyib, institutda qalıb işləməyi məsləhət görmüşdülər. Eldarı yaxşı tanıyan dekan V.B.Şadlinski də onu müdafiə etmişdir. Eldar müəllim nə olur- olsun cərrah olmaq və təhsilini daha yüksəklərə doğru davam etdirmək əzmində idi. Onun hələ tələbə ikən yüksək istedadı, o vaxt kafedranın müdiri Azərbaycan tibb təhsilinin yaradıcılarından biri professor K.A.Balakişiyevə də məlum idi. Eldarın hələ 3-cü kursda yazdığı elmi işinin birinci nüsxəsi, hələ də professor K.A.Balakişiyevin stolunun üzərində olan bəyənilmiş elmi yazıların içində idi. Mövzusu da “Qara ciyərin seqmentar quruluşu” idi.

Eldar deyir:- Bir dəfə o məni koridorda görən kimi göstəriş verdi ki, kafedraya gətirilmiş yeni preparatı fiksasiya etmək lazımdır. Göstərişi alan kimi kafedranın zirzəmisində 10%-li formalin məhlulunu arterial damarlara yeridərək, fiksasiya edib evə getdim. Sabahı gün professor işə gələndə, kabinetinə getməmiş zirzəmiyə gedərək preparatın necə fiksasiya olduğunu yoxlayır. Düzgün yerinə yetirildiyini görüb sonra kafedra əməkdaşlarını zirzəmiyə dəvət edir və işi onlara göstərir.

Bu hadisədən sonra professorun Eldara inamı daha da artdığı üçün, 1973-cü ilin mart ayında institutda 15 nəfər zəif tələbəyə kömək etmək məqsədi ilə, onları Eldara tapşırır. Eldarın köməyi nəticəsində tələbələrin hər biri növbəti imtahanlardan məqbul qiymət alırlar. Bundan sonra professor Eldarı qarşıdakı bütün sorğulardan azad etmişdir. İnstitutu qurtarandan sonra Eldarın institutda saxlanılması üçün professor Balakişiyev nazirlik və institut rəhbərliyinə şəxsən müraciət etdi.

Belələiklə, 1973-cü ilin sentyabrda Qasımov Eldarı xüsusi təyinatlı professor Balakişiyevin kafedrasında saxlayırlar. Amma,Eldar müəllim təəssüflə professorla birgə işləmək qismət olmadığını söyləyir. O,vaxtsız dünyasını dəyişir.

Artıq bundan sonra yeni təyin olunmuş kafedra müdiri, professor K.Ş.Hacıyevin rəhbərliyi altında işləyən Eldar Qasımov “Baldır və ayağın dəri sinirləri” mövzusunda elmi iş üzərində çalışır. Yenədə onun qarşısında sünii maneələr yaranır.

Eldar Qasımov həmin elmi işi daha da geniş mənada –“İnsan və bəzi məməli heyvanlarda baldır və ayaq sinirlərinin makromikroskopik anatomiyası” mövzusunda namizədlik dissertasiyasını Bakı Tibb İnstitutunda elmi şura olmadığı üçün, 1981-ci ildə Yaroslavl Tibb İnstitunda müdafiə edib, tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görüldü. Bu adı alana qədər Eldar Qasımov o vaxtkı Sovet İttifaqının müxtəlif şəhərlərində təşkil olunmuş elmi konfrans və simpoziumlarda, müxtəlif mövzularda 15 elmi mühazirələrlə çıxış etmişdir. Namizədlik müdafiəsindən çox keçməmiş Eldar Qasımov 2-ci müalicə-profilaktikası fakültəsində dekan müavini təyin olunmuşdur. Dörd il həmin vəzifədə işləyən Qasımov, elmi fəaliyyətini davam etdirmək üçün çalışır.

1986-cı ildə artıq onun müvəffəqiyyətlərini görən institutun o vaxtkı rektoru professor Y.C.Məmmədov onu yanına çağırıb, doktoranturaya getməyi təklif edir. Ümumi razılıqdan sonra, Qasımov 1986-cı ilin dekabr ayında N.İ.Piroqov adına 2-ci Moskva Tibb İnstitunun “Elektron mikroskopiya və mikrosirkulyasiya” laboratoriyasına uzun müddətli elmi işə göndərilir.

Doktorluq dissertasiyasını hazırlayıb, necə müdafiə etdiyini Eldar Qasımov belə təsvir edir:-Ailə üzvlərindən uzqda olmaq nə qədər çətin olsa da, dörd il ərzində “Periferik sinirlərdə maye balansının saxlanılmasının morfoloji əsasları” mövzusuna həsr olunmuş doktorluq dissertasiyamı başa çatdırdım. Onu da deyim ki, işlədiyim sahənin çətin olduğuna görə çoxları (o cümlədən, institut rəhbərliyi) vaxtında müdafiə edə bilməyimə şübhə ilə yanaşırdılar. İşlərimin vaxtında və müvəffəqiyyətlə başa çatmasına ailə üzvlərimin və Kəlbəcərdən olan dostlarımın həmişə arxamda hiss etdiyim isti hənirtiləri, elmi rəhbərim professor V.V.Baninin hədsiz tələbkarlığı və mənim işlərimə inamı bütün laboratoriya işçilərinin təmənnasız kömək göstərmək istəkləri əsas rol oynamışlar. 1991-ci ilin iyun ayının 10-da N.İ.Piroqov adına 2-ci Moskva Tibb İnstitutunun ixtisaslaşmış Elmi Şurasında iki ixtisas üzrə (insan anotomiyası və histologiya, sibriologiya) tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etdim. Elmi Şuranın sədrinin dediyinə görə 1990-91-ci illərdə yeganə doktorluq dissertasiyası idi ki, Şura üzvlərinin hamısı yekdilliklə lehinə səs vermişdilər. İşlərimin vaxtında və müvəffəqiyyətlə başa çatmasında elmi rəhbərim olan professor V.V.Baninin cavan olmasına baxmayaraq keşmiş SSRİ-də çalışan məşhur elmi xadimləri arasında böyük nüfuza malik olması, bütün mərhələlərdə hiss olunurdu. Hamı bir fikirdə yekdil idilər ki, professor V.V.Banin zəif elmi işə ömründə rəhbərlik edəsi alim deyil.

Doktoranturada olduğum 4 il ömür, kiçik bir müddət olmasına baxmayaraq, o dövrdə periferik sinir sisteminə damar, qışa və sinir törəmələrinin qarşılıqlı histotopoqrafiyasının və onların quruluş xüsusiyyətlərini öyrənmək üçün istifadə etdiyim müasir histoloji, histokimyəvi və elektron mikroskopik metodlar, hələ də dünyanın inkişaf etmiş ölkələrinin elmi laboratoriyalarında tətbiq edilməkdədir.

E.Qasımovun elmi fəaliyyərinin nəticəsində:

1. Quş və kürəkayaqlı məməlilərdə ayağın dəri və əzələlərinin ancaq bir tərəfdən gələn sinirlər vasitəsi ilə innervasiya olunduqları aşkar edilmişdir. (1978)

2. Birinci dəfə olaraq məməlilərdə aşağı ətrafın distal hissəsinin istinad tipi ilə ayaq arasının dərisinin innervasiyasında iştirak edən sinirlərin şaxələnmə tipləri arasında korrelyativ əlaqə aşkar edilmişdir.(1981)

3. Vena daxilinə yerləşdirilmiş qırıq otu peroksidazasının aşkar edilməsi metodunun köməkliyi ilə edilmiş total preparatların optik kəsiklərinin rekonstruksiyası nəticəsində periferik sinirlərin qidalanmasında iştirak edən mikrodamarların anotomik konstruksiyası dəqəqləşdirilmiş, spi və sidonevral damarların ultrastruktur quruluş xüsusiyyətləri haqqında yeni məlumatlar əldə edilmişdir. (1989,1996)

4. Makro və mikromolekulyar trasserlərin köməkliyi ilə periferik sinir sisteminə aid olan törəmələrdə damar və qışa elementlərinin keçiricilik xüsusuyyətləri ultrastruktur səviyyədə tədqiq edilmiş, zülal mənşəli trasserlərin sinir kötükləri tərkibində anipatrol (qeyri-bərabər) paylanmasının periferik sinirlərdə bioloji mayelərin cərəyanında əsas faktorlardan biri olduğu hipotezası irəli sürülmüşdür. (1989,1990)

5. Sinir dəstələrinin periferik sinirlərin tərkibində transport vahidi kimi fəaliyyət göstərməsi morfofunksional cəhətcə əsaslandırılmışdır. (1996)

Qasımov elmi işlə əlaqədar, 1975-ci ildən keçmiş SSRİ-də morfologiya sahəsində keçirilən qurultayların, simpoziumların, konfransların əksəriyyətində (Moskvada, Kiyevdə, Minskdə, Tiblisidə, Poltavada, Xarkovda, İvano-Frankovskidə, Yaroslavada, Rostovda) məruzələr ilə çıxış etmişdir. Elmi ezamiyyətlər daxilində morfoloqların 31-ci konqresində iştirakçı olmuşdur. Ümumiyyətlə Eldar Qasımov 46 elmi əsərin müəllifidir.

E.K.Qasımov hal-hazırda tibb elmləri doktoru, professor və fakültə dekanıdır. Eyni zamanda professor Qasımov Azərbaycan Respublikası Nəriman Nərimanov adına Tibb Universitetində pedaqoji fəaliyyət göstərməklə, tibb elminin əsaslarını gənc azərbaycanlı vətəndaşlarına öyrədir.

E.K.Qasımov ailəlidir. Həyat yoldaşı “Azərbaycan Sənaye Universitetində” işləyir, mühəndisdir. Qızı Səbinə Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin 4-cü kurs tələbəsidir. Oğlu Rövşən Xəzər Universitetini qurtarmışdır.

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page