Elşən ƏZİM
- www.kalbajar.com
- Jul 1, 2018
- 1 min read

Əzimov Elşən Baxşeyiş oğlu 1975-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. 2002-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. İlk şeri 1998-ci ildə “Səda” qəzetində dərc olunub. Sonralar “Ədəbiyyat», “525-ci qəzet”, “Ədalət”, “Zaman”, “Yeni Azərbaycan”, “Səhifələr” qəzetlərində və “Azərbaycan” jurnalında şerləri çap olunub. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Könlümə yağan yağış” (Bakı, “Şur”-2000) adlı şerlər kitabının müəllifi, “Sovqat” uşaq qəzetinin baş redaktorudur.
Comments