Hacı Sabir MİKAYIL
- www.kalbajar.com
- Jul 6, 2018
- 1 min read

Mikayılov Sabir Heydər oğlu Kəlbəcərin Dərəqışlaq kəndində anadan olub. Sənətkarlığı ilə tanınıb: Kəlbəcər təmir-tikinti idarəsində çalışıb. Torpaqlarımıza yağı diş qıcayan ilk vaxtlarda könüllü özünümüdafiə dəstəsi yaradaraq, Ermənistanla həmsərhəd olan Dikyurd yaylağında zastava komandiri olub. Ömrünün “50-ci bahar”ını səngərdə keçirib. Şerin müxtəlif formalarında qələmini sınayır. 1998-ci ildə Həcc ziyarətindən olub. “Gözəlliyə gül olmaqdan nə sən doydun, nə mən, dağlar” adlı ilk kitabı 2001-ci ildə çapdan çıxıb.
Comments