Hidayət ELVÜSAL
- www.kalbajar.com
- Jul 1, 2018
- 1 min read

Hidayət Elvüsal Kəlbəcərdə doğulub. Azərbybaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Kəlbəcərdə çıxan «Yenilik» rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla bərabər Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib. Daha sonra «Azərbaycan gəncləri», «Kommunist» (indiki «Xalq qəzeti») qəzetlərində işləyib. «Səhər» qəzetinin yaradıcılarından biri kimi, baş redaktorun müavini, «Belə-belə işlər», «Kriminal» qəzetlərinin baş redaktoru olub. Dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə çıxış edib. «Belə-belə işlər» rubrikası ilə dərc etdirdiyi saysız-hesabsız yazıları ilə populyarlaşan Hidayət Elvüsal eyni zamanda mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınır.
Comentários