Həbib ƏHMƏDOV
- www.kalbajar.com
- Jul 6, 2018
- 1 min read

Həbib Nağı oğlu Əhmədov 1932-ci ildə Kəlbəcər rayonunun Boyaxlı kəndində anadan olub. Rayon mərkəzində orta məktəbi, sonra Bakı Dövlət Universitetinin tarix fakültəsini, Bakı Ali Partiya Məktəbini bitirib. Ayrı-ayrı illərdə Kəlbəcər RPK-da şöbə müdiri, rayon icraiyyə komitəsinin katibi, rayonda çıxan «Yenilik» qəzetinin redaktoru, məktəb direktoru, təmir-tikinti idarəsinin müdiri vəzifələrində çalışıb. Şerləri bir sıra mətbuat orqanlarında dərc olunsa da (hələ Kəlbəcərdə ikən), ilk kitabı – «Xoş günlərim o dağlarda qalıbdı» 1998-ci ildə işıq üzü görüb. Kəlbəcərin işğalından sonra Bakı şəhərində məskunlaşıb.
Comments