top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

İlin ən fəal səfirləri seçildi - virtual sorğu


“İslahatçı Gənclər” İctimai Birliyi və “Editor.az” İnformasiya Portalı birlikdə 2019-cu ilin yekunları ilə əlaqədar olaraq, müxtəlif şəxs və qurumların fəaliyyətinə ictimai rəyi öyrənmək məqsədi ilə virtual sorğuları keçirib. Bu çərçivədə ölkəmizi müxtəlif ölkələrdə təmsil edən səfirlərimizin fəaliyyətinə internet istifadəçisi olan vətəndaşların münasibətini öyrənmək məqsədi ilə keçirilən “İLİN ƏN AKTİV SƏFİRİ” virtual sorğusu başa çatıb. Kalbajar.com xəbər verir ki, 4 dekabr-10 dekabr 2019-cu il tarixlərini əhatə edən virtual sorğuda respondentlər müxtəlif ölkələrlə ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, KİV-lə fəal əməkdaşlıq, Azərbaycan həqiqətlərinin təbliği, xarici ölkələrdə yaşayan və işləyən azərbaycanlıların hüquqlarının qorunması işində səmərəli fəaliyyətinə görə, İLİN ƏN AKTİV SƏFİRLƏRİNİ seçiblər. Sorğuya Azərbaycan Respublikasının fəallığı ilə seçilən 26 səfirinin adı daxil edilib. Səfirlərin fəallığı müəyyən edilərkən medianın monitorinqi və Sorğu Komitəsinin üzvləri olan ekspertlərin rəyləri əsas götürülüb. Qeyd edək ki, 26 fəal diplomat arasından yalnız bir nəfərin “İLİN ƏN AKTİV SƏFİRİ” seçilməsinin digərlərinin əməyinə haqsızlıq olacağını nəzərə alaraq, virtual yarışmada ədalət prinsipinin gözlənilməsi məqsədi ilə Sorğu Komitəsi ən çox səs toplayan 3 diplomatın “İLİN ƏN AKTİV SƏFİRİ” Fəxri Mükafatı ilə təltif olunması haqqında qərar qəbul etmişdi. Sorğuda səfirlər arasında ciddi rəqabət müşahidə olunub. Sorğuda ümumilikdə 60.418 səsin qeydə alınması buna əyani sübutdur. Beləliklə, 6 gün davam edən virtual sorğunun nəticəsinə əsasən Azərbaycan Respublikasının Türkmənistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Həsən Zeynalov, Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri Azər Xudiyev, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı, Monteneqrodakı və Bosniya və Herseqovinadakı Fövqəladə və Səlahiyyətli Səfiri Eldar Həsənov İLİN ƏN AKTİV SƏFİRLƏRİ seçiliblər. Qalib səfirlərə“İLİN ƏN AKTİV SƏFİRİ” Fəxri Mükafatı təqdim ediləcək. Qeyd etmək istəyirik ki, bu sorğunun nəticələri yalnız bu virtual səsvermədə iştirak edən internet istifadəçilərinin mövqeyini əks etdirir, hökm xarakteri daşımır və hər hansı bir səfirin fəaliyyətinə verilən yekun qiymət kimi dəyərləndirilə bilməz.



 
 
 

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

            Copyright  © 2022        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajarcom@gmail.com        |     By Rashad Abdullayev          

bottom of page