İsmayıl QƏMXAR
- www.kalbajar.com
- Jul 4, 2018
- 1 min read

1926-cı il fevralın 26-da Kəlbəcərdə anadan olub. Orta məktəbi bitirdikdən sonra Kəlbəcərin Zar kəndində bir müddət rus dili müəllimi işləmişdir. 1943-cü ildə həqiqi hərbi xidmətə, Böyük Vətən müharibəsinə çağrılmış, müharibədən qayıtmış və ticarət sahəsində çalışmışdır. 1993-cü ilin mart ayında Kəlbəcərin işğalı ucbatından Gəncə şəhərində müvəqqəti məskunlaşmış, 1998-ci il noyabrın 18-də vəfat etmişdir. 2001-ci ildə “Qəriblik nişanəsi” şerlər kitabı çapdan buraxılmışdır.
Kommentit