Kəlbəcər mənəviyyatını işıqlandıran kitab
- www.kalbajar.com
- Nov 10, 2019
- 1 min read

Yusif Hüseyn
Bu gün dostum, professor Nağdəli Zamanov mənə zəng elədi ki, tanınmış həkim-cərrah Əli İsmayılov sənə bir kitab hədiyyəsi göndərib. Hər iki dostuma öz təşəkkürümü bildirirəm..Böyük alim, şair-tərcüməçi Ənvər Rzanın 80 illiyinə hazırlanıb ərsəyə gələn bu kitabın adıda özü kimi maraqlı oldu mənim üçün: “ƏNVƏR RZANI XATIRLAYARKƏN”.
Ənvər Rza yaradıcılığına yaxından bələd olduğum üçün bu kitabı bir neçə saat ərzində oxudum…Çox maraqlı və çox dəyərli bir kitabdır..
Əli İsmayılovu hər birimiz gözəl həkim, gözəl cərrah kimi tanıyırıq..Bu kitab isə Əli həkimin dəyərli bir qələm sahibi olduğunu mənə bir daha təsdiq elədi.

Kitab maraqlı fəsillərə bölünmüş, şairin babaları, əmiləri, dayıları, valideyinləri və şairin həyat yolu haqqında bizə məlum olmayan ampuladan dəqiqliklə açıqlanmışdır. Kitabın sonluğunda nəsilə aid foto-albom və yaxın keçmişdən üzü bu günə kimi nəsil səcərəsi göstərilmişdir. Bu kitabı da Kəlbəcər mənəviyyatının tərkib hissəsi hesab etmək olar. Bir daha müəllif Əli İsmayılova, kitabın ərsəyə gəlməsində zəhməti olanların hər birinə, xüsusilə də Azərbaycan Beynəlxalq Dostluq Mərkəzinin sədri Babək İsmayılova və sədr müavini Aqil Camala Ənvər sevərlər adından və öz adımdan minnətdarlığımı bildirirəm. Yəqin ki, Şairin ruhuna hörmətlə bu kitabın təqdimatı da mütləq olacaqdır. İnşallah.
Comments