top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Kəlbəcərli Gənclər Eldar Həsənovla bağlı Prezidentə müraciət etdilər


Kəlbəcər Gəncləri Eldar Həsənovun azadlığı üçün Prezident İlham Əliyevə müraciət ünvanlayıb, müraciətdə deyilir : "Hörmətli Cənab Prezident,


Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı sabiq səfiri, hüquq elmləri doktoru, professor Eldar Həsənovun səhhətindəki ağırlaşmaya baxmayaraq həbsdə saxlanılması Kəlbəcər gənclərində dərin narahatlıq doğurur. Daim ölkəmizin milli maraqlarına xidmət etmiş və dövlətimizi Balkan ölkələrində ləyaqətlə təmsil etmiş sabiq səfirimizin əsassız ittihamlarla azadlığının məhdudlaşdırılması hüququn aliliyinə inanan Kəlbəcər gənclərinin vicdanını dərindən yaralayır.


Təəssüf hissi ilə bildiririk ki, Eldar Həsənovun həm diplomat, həm də alim kimi uğurlu fəaliyyəti, ölkəmizdə bəzi vəzifəli şəxslərin qısqanclığı ucbatından, onun haqqında böhtan xarakterli iddiaların yayılmasına səbəb olmuşdur. Sifarişlə yazılan xəbərlərdə gah Eldar Həsənovun Baş nazir/vitse-prezident olmaq istədiyi, gah da müxalifəti maliyyələşdirdiyi iddia olunurdu. Əminliklə bildiririk ki, bu iddiaların heç bir əsası yoxdur. Eldar Həsənov dövlətçiliyə və Azərbaycan Prezidentinə hər zaman sadiq olub. Sabiq səfirin məhsuldar fəaliyyəti nəticəsində Azərbaycanla Balkan ölkələri arasında möhkəm dostluq, strateji müttəfiqlik əlaqələri yaranıb. Eldar müəllim daim Kəlbəcər gənclərini Azərbaycan Prezidentinin ətrafında sıx birləşməyə və nümunəvi vətəndaş olmağa çağırıb.

Sizdən, Azərbaycanın görkəmli dövlət xadimi, Kəlbəcərin ziyalısı, professor Eldar Həsənovun tam təşəkküllü xəstəxanada müalicəsinə köməklik etməyinizi xahiş edirik. Sizin, humanist dəyərlərin daşıyıcısı kimi, Kəlbəcər gənclərinin müraciətini cavabsız qoymayacağınıza inanırıq."

İmzalanma kanpaniyasında iştirak etmək üçün bu linkə daxil olun : Eldar Həsənov üçün Kəlbəcər Gənclərindən Azərbaycan Prezidentinə Müraciət

• Daxil ol

• İmzala

• Paylaş

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page