top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılış mərasimi keçirilib

Oktyabrın 5-də Dövlət Turizm Agentliyinin inzibati binasında I Qarabağ Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılış mərasimi keçirilib.


Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, həmçinin Vətən müharibəsi qaziləri iştirak ediblər.

Azərbaycan himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə şəhidin nümunəvi xidmət dövründən, keçdiyi qəhrəmanlıq yolundan və şəhidlik zirvəsinə ucalmasından bəhs edilib.

Daha sonra Sərdar Səfərovun xatirə barelyefinin açılışı olub.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qurumun inzibati binasında tarixdə izini qoymuş Milli Qəhrəmanın barelyefinin olmasının kollektiv üçün qürurverici hadisə olduğunu bildirib. Fuad Nağıyev torpaqlarımızın müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə məhz Sərdar Səfərov kimi qəhrəmanların nümunəsində milli ruhda formalaşmış şanlı ordumuz tərəfindən azad olunmasını qeyd edib.

Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Milli qəhrəman Sərdar Səfərovu uşaqlıq illərindən tanıdığını bildirərək onunla bağlı xatirələrini mərasim iştirakçıları ilə bölüşüb. Nazir müavini vaxtilə Milli Qəhrəmanın azadlığı uğrunda döyüşdüyü torpaqların indi azadlığa qovuşduğunu və onunla yanaşı, bütün şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Sərdar Səfərovun və onun döyüş yoldaşlarının müasir gənclərimizə örnək olduğunu, Vətən müharibəsində məhz bu cür igidlərimizin son damla qanlarınadək döyüşdüklərini diqqətə çatdırıb. O qeyd edib ki, məhz belə qəhrəmanlarımızın şücaəti və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi hesabına tarixi Azərbaycan torpaqları işğaldan azad olunub.


Tədbir zamanı şəhidin ailə üzvləri və yaxınları tərəfindən onun haqqında xatirələr yada salınıb.

Həmçinin diqqətə çatdırılıb ki, barelyefin qarşısındakı küçəyə 1994-cü ildə Sərdar Səfərovun adı verilib.

Sərdar Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olub. 1977-ci ildə burada məktəbi bitirdikdən sonra kolxozda işləyib. 1979-1981-ci illərdə hərbi xidmətdə olub. 1982-ci ildə Bakı Avtomobil Zavodunda əmək fəaliyyətinə başlayıb. Bir müddət burada çalışdıqdan sonra Daxili İşlər orqanlarında işləmək arzusu onu Rusiya Federasiyasının Tula vilayətinə aparıb. O, Zaoks rayonunda 3 il Daxili İşlər Şöbəsinin mühafizə bölməsində milis nəfəri kimi xidmət edib. Təhsilini davam etdirmək üçün xidmət etdiyi şöbədən keçmiş SSRİ DİN-in Kaunas Xüsusi Milis məktəbinə göndərilib. 1987-ci ildə təhsilini başa vuraraq öz iş yerinə qayıdıb. Nümunəvi milis işçisi kimi sahə müvəkkili vəzifəsinə təyin olunub. Sərdar Səfərov Azərbaycana qayıtdıqdan sonra 1991-ci ildən Qusar Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi xidmətə başlayıb.

1991-ci il sentyabrın 25-də erməni silahlılarının Əsgəran rayonu ərazisində sərnişin avtobusuna hücumundan sonra köməyə gələn istintaq qrupunun tərkibində müstəntiq kimi çalışan baş leytenant Sərdar Səfərov da olub. Hadisə yerindən qayıdan istintaq qrupunun üzvləri Şuşa yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qalıblar. Sərdar Səfərov yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə mayor Sərdar Mədət oğlu Səfərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Milli Qəhrəmanın məzarı Kəlbəcər rayonundadır.

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page