top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

MİRZƏYEV AKİF BALAY OĞLU


Mirzəyev Akif Balay oğlu, 1957-ci ildə Kəlbəcər rayonunun İstibulaq kəndində anadan olmuşdur. O, 1964-cü ildə Çaykənd kənd orta məktəbinə daxil olmuş, 1974-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.


A.B.Mirzəyev 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olmuş və həmin fakültəni 1979-cu ildə fərqlənmə diplomu ilə qurtarmışdır. O, təyinatla Mingeçevir şəhərinə göndərilmiş və oradakı 7 №-li şəhər orta məktəbində müəllim, həm də Şəhər Təhsil Şöbəsində inspektor vəsifəsində işləmişdir.


1983-cü ildə Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunun “Təbiəti mühafizə və ehtiyyatlardan səmərəli istifadə” şöbəsində əyani aspiranturaya daxil olan Akif Mirzəyev, 1986-cı ildə aspiranturanı müvəffəqiyyətlə qurtarmışdır.


A.B.Mirzəyev 1987-ci ildə Azərbaycan Elmlər Akademiyasının akademiki, Coğrafiya İnstitutunun direktoru Həsən Əliyevin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ekoloji Mərkəzinin direktoru, professor Fəzli Hacıyevin rəhbərliyi altında “Azərbaycan SSR-də iri energetik stansiyaların ətraf mühitə təsirinin qiymətləndirilməsi” mövzusunda dissertasiya müdafiə edib, coğrafiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Müdafiə Türkmənistan Elmlər Akademiyasının Səhra İnstitutunda keçirilmişdir.

A.B.Mirzəyev Azərbaycan Respublikasında ilk dəfə olaraq coğrafiya elmi sahəsində təbiəti mühafizə üzrə müdafiə edən ilk mütəxəssis olmuşdur. Həmin sətirlər yazılan vaxta qədər, Mirzəyev Akifin 40-dan çox elmi əsər və məqalələri çap olunmuşdur. O, dəfələrlə Moskva, Lelinqrad, Kiyev, Daşkənd, Aşqabad və s. şəhərlərdə keçirilmiş elmi müşavirə və simpoziyumlarda məruzə ilə çıxış etmişdir. O, Azərbaycan Respublikası təbiətin mühafizəsi cəmiyyətinin fəal üzvlərində biri kimi fəaliyyət göstərir.


A.B.Mirzəyev Azərbaycan EA Coğrafiya İnstitutunda təbiəti mühafizə şöbəsinin böyük elmi işçisidir.

O, evlidir, üç övladı var.

Comentários


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

            Copyright  © 2022        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajarcom@gmail.com        |     By Rashad Abdullayev          

bottom of page