Nüşabə BƏKİRQIZI
- www.kalbajar.com
- Jul 6, 2018
- 1 min read

Nüşabə Bəkir qızı Qurbanova (Bayramova) Ağdaban kəndində dünyaya gəlib. Bərdədə orta təhsilini başa vurduqdan sonra Bakı Kitabxanaçılıq Texnikumunu bitirib. Miskin Abdal ocağından olan Nüşabə xanım Bəkirqızı Ağdabanlı Qurbanın nəvəsi, Dədə Şəmşirin qardaşı qızıdır. Gənc yaşlarından saza-sözə bağlanan Nüşabə xanımın da nə vaxtsa əlinə qələm alacağına heç kim şübhə etmirdi. Dövri mətbuatda ara-sıra şerləri dərc olunur.
Comments