Ovçu ƏLƏSGƏR
- www.kalbajar.com
- Jul 1, 2018
- 1 min read

Ələsgər Şəmşir oğlu Qurbanov 1944-cü il iyunun 26-da Kəlbəcər rayonunun Ağdaban kəndində məşhur Aşıq Şəmşirin ailəsində dünyaya göz açmışdır. Qılınclı kənd orta məktəbini və Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mexanika və yol inşaatı fakültəsini bitirib. Təyinatı Rustavi Maşınqayırma Zavoduna verilib. 1971-1993-cü illərdə Daşkəsən Alunit Mədən İdarəsinin Kəlbəcər Civə Zavodunda baş mühəndis vəzifəsində çalışmış, Kəlbəcərin işğalından sonra «Azərsənaye» Tikinti Nazirliyi Qaradağ Avtomobil Bazasına rəhbərlik edib. Göz açdığı ailə saza-sözə bağlı olduğundan, o da bu sirli dünyada öz addımlarını atmalıydı. Gözəl saz çalmağı, mahir ovçuluğu ilə tanındığı kimi, Ələsgər Qurbanov həm də bədii yaradıcılıqla məşğul olmuş, «Ovçu Ələsgər» təxllüsü ilə müxtəlif formalarda şerlər yazmışdır. Ovçu Ələsgər ömrünün 59-cu baharında, 26 iyun 2003-cü il tarixdə vəfat etmişdir. Şairin «Gəzir barlı bağlar səni» kitabı 2005-ci ildə nəşr etdirilmişdir.
Comments