Qara ƏLƏSGƏROV
- www.kalbajar.com
- Jul 1, 2018
- 1 min read

Qara Ələsgərov Kəlbəcərin Zülfüqarlı kəndində 1923-cü ildə anadan olub. 1941-45-ci illər müharibəsində döyüşmüş Qara Ələsgərov kənd müəllimi, Kəlbəcər RPK-da təlimatçı, şöbə müdiri, RİK-in katibi işləmiş, ümumiyyətlə, ömrünün sonuna -1977-ci ilin mart ayınadək partiya və sovet orqanlarında çalışmışdır. Prinsipial, haqq-ədalət sevən Qara müəllim eyni zamanda bədii yaradıcılıqla da məşğul olmuşdur. 1997-ci ildə nəşr olunan “Bir ömür yaşadım” kitabı onun şerlərinin geniş oxucu auditoriyasına çıxmasına imkan yaratmışdır.
Comments