SÜCAƏT
- www.kalbajar.com
- Jul 1, 2018
- 1 min read

Əhmədov Sücaət Yunus oğlu 1946-cı ildə Kəlbəcərdə anadan olub. Kəlbəcərdə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Univversitetinin jurnalistika fakültəsində və Özbəkistan İqtisadiyyat İnstitutunda təhsil alıb. Bir müddət «Yenilik» qəzetində çalışıb. Sücaətin bədii yaradıcılığı onu el-oba arasında çox erkən tanıdıb və şerləri aşıqların, müğənnilərin ifasında səslənib. Kəlbəcəri itirəndən sonra şair yurdsuzluq kimi ağır dərdə dözməyərək 2003-cü ildə vəfat edib. 1994-cü ildə çapdan buraxılan «Sən ağlama, mən ağlaram» kitabı oxucularına yadigar qalıb.
Comments