Səfər VERDİYEV
- www.kalbajar.com
- Jul 1, 2018
- 1 min read

Verdiyev Səfər Allahverdi oğlu 1923-cü ildə Kəlbəcərin Yanşaq kəndində anadan olmuşdur. Atası Xəlil Ələkbər oğlu Qazıxan nəslindən olub. Anası Şeyda xanım Kolanıdan ayrılan və Yanşaqda doğulan bir nəsildən olub və 1943-cü ildə dünyasını dəyişib. Səfər Verdiyev uzun illər inzibati, dövlət orqanlarında- komsomol və partiya işlərində çalışıb. O, 1950-ci ildən Kəlbəcər RPK-da katib, 1955-ci ildən isə raykomun birinci katibi vəzifəsinə təyin olunub. Onun respublikanın tanınmış sənət karifeyləri ilə Kəlbəcərdə unudulmaz, yaddaqalan görüşləri sonralar aşıqların dilində dastanlaşmışdır. “Səməd Vurğunla Aşıq Şəmşirin görüşü”nün səbəbkarı da məhz Səfər Verdiyev olmuşdur. Saz-söz xiridarı Səfər Verdiyev 2003-cü il avqustun 27-də vəfat edib. Özündən sonra çoxsaylı xeyirxah əməllərini və ən ümdəsi, lirik dünyasını bizə yadigar qoyub.
Comments