Sərdar Səfərovun xatirəsi Qusarda anılıb
- www.kalbajar.com
- Sep 25, 2018
- 1 min read
Bu gün Azərbaycanın Milli qəhrəmanı, şəhid polis Sərdar Mədət oğlu Səfərovun ölümündən 27 il ötür.

1991-ci il sentyabr ayının 25-də Əsgəran rayonu ərazisində erməni vandallarının "QAZ-53 m"markalı sərnişin avtobusuna silahlı hücumu zamanı hadisə yerinə gələn əməliyyat -istintaq qrupunun tərkibində Qusar polis şöbəsinin sahə müvəkkili Sərdar Səfərov da var idi. Kaunasda Xüsusi Orta Milis Məktəbində təhsil aldıqdan sonra Azərbaycana qayıdan Sərdar Səfərov işlədiyi Qusar polis şöbəsindən könüllü olaraq Qarabağa yollanmışdı. Əsgəranda ermənilərin törətdiyi silahlı hücumdan sonra geri qayıdarkən istintaq-əməlliyyat qrupunun "UAZ"markalı avtomobili namərd qonşularımız tərəfindən gülləboran edilib və bu zaman 7 güllə yarası alan 31 yaşlı polis əməkdaşı Sərdar Səfərov hadisə yerindəcə şəhid olub.

Bu gün Qusar rayon şöbəsinin əməkdaşları keçmiş silahdaşlarının xatirəsini Sərdar Səfərovun adını daşıyan küçədə yeni salınmış kompleksdə anıblar. Qusar polis şöbəsinin rəisi Zaur Bədəlov başda olmaqla bütün şəxsi heyət Sərdar Səfərovun xatirə kompleksinin önünə gül dəstələri qoyub. Rəis Zaur Bədəlov Sərdar Səfərovun ölümündən sonra 1992-ci ilin oktyabr ayında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü, 1999-cu ildə Heydər Əliyevin sərəncamı ilə "Qızıl ulduz"medalı ilə təltif edildiyini bildirib. O, qəhrəmanın 31 illik qısa, lakin şərəfli ömrünün gənc polis əməkdaşlarına, ümumən bütün gənclərə gözəl örnək olduğunu deyib.
Comments