top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

''Tarix unudulmur, heç kəs yaddan çıxmır. Vətəninə , dövlətinə,xalqına layiq olan insan... ''



Kəlbəcər rayonu erməni hərbi birləşmələri tərəfindən işğal olunduqdan bir müddət sonra mən Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatında fəaliyyətimi davam etdirməyə başladım.Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1994-cü il 4 dekabr tarixli 245 nömrəli Fərmanı ilə Baş nazirin müavini təyin olunan İzzət Rüstəmova əsasən qaçqınların və məcburi köçkünlərin məsələləri və digər vacib sahələr həvalə olunmuşdu. Bu problemlə əlaqədar Aparatda iki struktur fəaliyyət göstərirdi. Məlumatlıydıq ki, İzzət Rüstəmov Milli Qəhrəman Məzahir Rüstəmovun atasıdır.Fəaliyyətə başladığı ilk gündən bu sahədə olan boşluqların aradan qaldırılması , qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi,mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması,onlara ayrılan humanitar yardımların təyinatı üzrə çatdırılması sahəsində ciddi ,barışmaz mübarizəyə başladı.Bir sıra normativ hüquqi aktlar hazırlanaraq təsdiqini tapdı.Ulu öndərimizin siyasətinə sədaqətlə xidmət etdi.Heç vaxt oglunun Milli Qəhrəman olmasından sui-istifadə etmədi.Ölkə Prezidentinin göstərişlərinə uygun olaraq,qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi üçün ayrılmış vəsaitlərin ,onlara ayrılan humanitar yardımların təyinatı üzrə çatdırılması vəziyyəti yoxlanıldı.Hər iki yoxlama komissiyasına rəhbərliyi mənə həvalə etmişdi.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və Azərbaycan Qızıl Aypara Cəmiyyətində aparılan yoxlamalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasında müzakirə edildi.Çox ciddi qanun pozuntuları aşkar olunduğu üçün yoxlama materialları hüquq-mühafizə orqanlarına göndərildi.Hər iki qurumun rəhbərləri və digər vəzifəli şəxslərinə cinayət işi açıldı,onlar həbs olundu.İzzət Rüstəmova qarşı bundan sonra təzyiqlər başlasa da ,sonadək prinsipial mövqeyindən əl çəkmədi.Məni də müdafiə etdi. Bu yoxlamalardan sonra məni "Komissar Katani" adlandırırdı. Ölkə Prezidentinin tapşırığına əsasən Kəlbəcərə yeni İcra Hakimiyyətinin başçısı təyin olunmuş Sahib Əkbərovu rayon ictimaiyyətinə təqdim etmək məqsədilə Gəncə şəhərinə səfər etdik.Geri qayıdarkən Yevlaxda Kür qırağında məskunlaşan,oğlu şəhid olan Səmayə və digər Saray bibimlə görüşəcəyimi bildirdim və xahiş etdim ki,mənə icazə versin.Biz onun xidməti maşınında getmişdik.Dedi elə şey olarmı ki,sən maşından düşüb ora tək gedəsən.Dedi yolu sürücüyə izah et.Biz kələ-kötür,palçıqlı yolla gəlib çatdıq.Çox şəraitsiz bir yerdə qalırdılar.Mən bibilərimlə görüşəndə kövrəlib ağladım,İzzət müəllim də bizimlə bərabər ağladı.Onlara ürək-dirək verdi. Elə kəlbəcərlilər üçün ilk 300-dək daş evlərdən ibarət Murovdag qəsəbəsini onun köməkliyi ilə saldırdıq.İzzət müəllimin həyat yoldaşı Rəfiqə xanım,oğlanları Çingiz və Oqtay da özü kimi sadə,xeyirxah və səmimi insanlardır. İzzət Rüstəmov 90 yaşında da çox gümrah və faydalı fəaliyyətlə məşğuldur.İzzət Rüstəmov Xətai Rayon Ağsaqqallar Şurasının sədri,fəlsəfə elmləri doktoru,professor, Azərbaycanın Milli Qəhrəmanı,Birinci Qarabağ müharibəsinin şəhidi Məzahir Rüstəmovun atasıdır.1999-2004-cü illərdə Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru,2004-cü ildən həmin Universitetin "Sosiologiya"kafedrasının müdiri ,hazırda isə məsləhətçi-professor vəzifəsində çalışır.

Çox hörmətli və dəyərli İzzət müəllim!Sizi YUBİLEYİNİZ münasibətilə təbrik edir,şərəfli ömrünüzün sağlam davam etməsini arzulayıram!



Qurban SADIQOV


Nazirlər Kabineti Aparatının

məsul işçisi, 2-ci dərəcə dövlət müşaviri

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page