top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

YAP Kəlbəcər Rayon Təşkilatının sədri ictimaiyyət nümayəndələrinə təqdim edilmişdir



11 fevral 2022-ci il tarixdə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Mədəniyyət Sarayında Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının yeni təyin edilmiş sədrinin təqdimatı keçirilib. Təqdimat mərasimində rayon icra hakimiyyətinin, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayandələri və partiya fəalları iştirak etmişlər. Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, Ümummilli Liderin xatirəsini böyük ehtiramla yad etmişlər. Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.Tədbiri giriş sözü ilə açan Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini birləşdirdiyini qeyd etmişdir. RİH-nin başçısı partiyanın yeni Nizamnaməsinin tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli qərarına əsasən partiyanın yerli təşkilatlarına sədrlər təyin olunduğunu bildirərək YAP Kəlbəcər Rayon Təşkilatının sədri Misirov Həbib Məhərrəm oğlunu ictimaiyyətə təqdim etmişdir.






Tədbirdə çıxış edən partiya fəalları YAP Kəlbəcər Rayon Təşkilatının yaranma tarixindən danışmış, təşkilatın sədri təyin olunması münasibətilə Misir Həbibovu təbrik etmiş və bundan sonrakı fəaliyyətində ona uğurlar arzulamışdırlar.

YAP Kəlbəcər Rayon Təşkilatına sədr təyin olunmuş Misir Həbibov göstərilən etimada görə ölkə başçısına və YAP rəhbərliyinə təşəkkürünü bildirərək, bundan sonra da Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcəyini qeyd etmişdir.



Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

            Copyright  © 2022        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajarcom@gmail.com        |     By Rashad Abdullayev          

bottom of page