Yaqub CABBAROV
- www.kalbajar.com
- Jul 1, 2018
- 1 min read

Yaqub İmran oğlu Cabbarov 1937-ci ildə Kəlbəcər rayonunun Məmmədsəfi kəndində anadan olub. Uşaq yaşlarından atasını itirdiyindən, çox çətinliklərlə üzləşib. Orta məktəbi bitirdikdən sonra bir müddət (ailəyə kömək etmək üçün) ali təhsil almağa çalışmayıb. Nəhayət, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsinə daxil olub və 1967-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək, Kəlbəcərin Zar kənd orta məktəbinə təyinat alıb. Bir il burada işlədikdən sonra İstisu qəsəbə orta məktəbinə direktor göndərilib. 1985-ci ilə kimi bu vəzifədə çalışan Yaqub müəllim həmin vaxtdan doğma kəndi olan Məmmədsəfi orta məktəbinə direktor təyin edilib. 1991-ci ildə dünyasını dəyişən Yaqub Cabbarov da qardaşı Əyyub kimi, şirin, lirik, şerlər müəllifi idi. Çox erkən başlamışdı yazmağa. Şerləri hələ sağlığında ikən respublikanın əksər bölgələrində yayılmış, konsert salonlarında, toy şənliklərində müğənnilər, aşıqlar ifa etmişlər. Çox təəssüf ki, şairin sağlığında kitabı çap olunmadı. Ölümündən sonra qardaşı Əyyubla birgə bir kitabı işıq üzü görüb. Məzarı Kəlbəcərin Məmmədsəfi kəndindədir.
Comments