YAQUB ƏSGƏROV
- www.kalbajar.com
- May 2, 2018
- 1 min read

Yaqub Qaçay oğlu Əsgərov 1944- cü ilin mart ayının 2-də Kəlbəcər rayonunun Xallanlı kəndində ziyalı ailəsində anadan olmuşdur.1960-cı ildə Kəlbəcər qəsəbə orta məktəbini bitirmişdir.1960-cı ildən 1968-cı ilədək Kəlbəcər Rayon Məhkəməsində iclas katibi,Kəlbəcər qəsəbə orta məktəbində pioner baş dəstə rəhbəri,Bərdə raonunda çıxan “Kommunizm yolu” qəzetinin xüsusi müxbiri,Az.KP.Kəlbəcər rayon komitəsində təlimatçı vəzifəsində işləmişdir.Yaqu Əsgərov işləməklə yanaşı təhsilini də davam ettirmişdir.1961 – ci ildə o vaxtkı Azərbaycan Dövlət Unversitetinin hüquq fakultəsinə daxil olan Yaqub Əsgərov 1967 – ci ildə oranı müvəffəqiyyətlə bitirmiş,1968-1970 – ci illərdə isə o Ali Partiya Məktəbində oxumuşdur.Oranı bitirdikdən sonra bir müddət Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində müfəttiş olmuşdur.1971 –ci ildən ömrünün sonundək Yaqub Əsgərovun həyatı bilavastə məhkəmə orqanları ilə bağlı olmuşdur.O,1971-1972- ci illərdə Azərbacan Respublikasi Ədliyyə Nazirliyində məsləhətçi,1972-1976 – ci illərdə Naxçıvan MR Ali Məhkəməsinin üzvü,Şərur rayon xalq hakimi,1976-1981 – ci illərdə Gəncə şəhər Məhkəməsinin hakimi,1981-1987-ci illərdə Kəpəz rayon Məhkəməsinin sədri,1987-1988 – ci illərdə Bərdə rayon Məhkəməsinin sədri vəzifələrində işləmişdir.1988-ci ildə isə Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiasının sədri,Ali Məhkəmənin sədr müavini,2006 – ildən isə Ali Məhkəmənin hakimi vəzifələrində çalışmışdır.2007 –ci ildə noyabrın 13 də bu gözəl insan,dovlət xadimi haqq dərgahına qovuşdu.
Comments