"Yolumu gözləyir Kəlbəcər mənim"-Elşad Comərd
- www.kalbajar.com
- Apr 9, 2018
- 1 min read

Yolumu gözləyir Kəlbəcər mənim. Böyükdür gözəldir Azərbaycanim.
Dağına-daşına qurbandir canim. Vətənin yolunda qoy axsin qanim. Damarımda vardır nə qədər mənim. Yolumu gözləyir Kəlbəcər mənim. O daqlarin havasina həsrətəm.
Bulaqlarin sonasina həsrətəm, Doğma baba yuvasina həsrətəm.
Çəkir xiffətimi zirvələr mənim.
Yolumu gözləyir Kəlbəcər mənim. Vətənin yurd yeri ağlayır orda.
Yurdsuz yurddaşlarım çətində-darda. Qovrulur ürəyim qəmdə qubarda.
Didir ürəyimi bu kədər mənim. Yolumu gözləyir Kəlbəcər mənim. Elşadam mən, o torpağin oğluyam. Vətəndə qəribəm,qolu bağlıyam. Bir yuva həsrətli, qəlbi dağlıyam.
Yenə xəyallarım dərbədər mənim.
Yolumu gözləyir Kəlbəcər mənim.
07/04/2018
Elşad İbrahim Comərd

Comentarios