Zakir HƏSƏNOĞLU
- www.kalbajar.com
- Jul 6, 2018
- 1 min read

1935-ci ildə Kəlbəcər rayonunun Zallar kəndində anadan olan Misirov Zakir Həsən oğlu Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirib. Baytarlıq elmləri namizədidir. Şer yazmağa erkən yaşlarından başlayıb. İlk şerlərini sevgiyə, məhəbbətə, təbiət gözəlliklərinə həsr edib. Yaşa dolduqca yaradıcılığının mövzu dairəsi genişlənib, sözünün ictimai-siyasi kəsəri artıb. Ali məktəbi baytar-həkim ixtisası üzrə bitirən Z. Həsənoğlu müxtəlif vəzifələrdə çalışıb və paralel olaraq bədii yaradıcılıqla da məşğul olub. «Allah, bir oğul yetir», «Tərtərlə söhbət» adlı şerlər kitablarının və bir neçə elmi-tədqiqat əsərlərinin müəllifidir.
Comments