top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Şərqi Zəngəzurdan növbəti mesaj: İki qardaş liderin güc birliyi

Prezidenti İlham Əliyevin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfəri mühüm əhəmiyyət kəsb edir. Artıq azad edilmiş torpaqlarımıza bu cür səfərlər mühüm obyektlərin, yolların, körpülərin, eyni zamanda yeni tikililərin bünövrəsinin qoyulması ilə yadda qalır. Zəngilan rayonu Ermənistanın işğalı dövründə böyük dağıntılara və vandalizmə məruz qalmış ərazilərimizdən biri kimi bu gün özünün çiçəklənmə dövrünü yaşayır. Azərbaycanda ilk dəfə Ağıllı kənd konsepsiyasının Zəngilanda Ağalı kəndində tətbiq edilməsi artıq özünün müsbət nəticələrini göstərir. Artıq Böyük Qayıdış ilk mərhələsi kimi Zəngilan rayonu Ağalı kəndinin sakinləri öz ata-baba yurdlarına qayıdıb. Bu qısa zamanda Azərbaycan dövlətinin icra etdiyi ən mühüm və müasir standartlara cavab verən Ağıllı kənd konsepsiyası idi. Sözsüz ki, bu uğurlar Azərbaycan dövlətinin öz ərazisində gördüyü işlərin məntiqi ardıcıllığı kimi başa düşülməlidir.

Kalbajar.com xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə sayca ikinci hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi mühüm tarixi əhəmiyyətə malikdir:

“Çünki bu hava limanının qısa zamanda tikilib istifadəyə verilməsi bölgənin inkişafında mühüm rol oynayacaq. Sözsüz ki, bu gün Azərbaycanın müasir hava nəqliyyatı infrastrukturu, yeni hava limanlarının inşası artıq xaraterik bir hal alıb. İnkişaf edən Azərbaycan üçün işğaldan azad edilən ərazilərdə beynəlxalq standartlara cavab verən hava limanlarının olması bu bölgənin ölkəmizin ümumi inkişaf konsepsiyasına inteqrasiyası üçün də təsirli rolu var”.

Millət vəkilinə görə, qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan hava limanının açılışında iştirakı tarixi önəm daşıyır:

“Bu, iki qardaş ölkənin, iki qardaş Liderin birgə addımladığını göstərən vacib amildir. Azərbaycanın işğaldan azad edilən ərazilərində artıq ikinci hava limanının açılışında qardaş ölkə prezidentinin iştirakı beynəlxalq ictimaiyyət üçün də mesajdır. Bu, Azərbaycan və Türkiyə liderləri arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlıq və müttəfiqliyin bariz nümunəsidir”.

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page