ƏLİYEV ŞİKAR ABBAS OĞLU
- www.kalbajar.com
- Jun 29, 2018
- 3 min read

Əliyev Şikar Abbas oğlu 1936-cı ildə Kəlbəcər rayonunun Susuzluq kəndində ruhani
ailəsində anadan olmuşdur. Atası Cəfərov Abbas Kərbəlayı Məşədi Əli oğlu Gəncədə ruhani
seminaryasını qurtarmış, dövrünün fəal ziyalılarından olmuşdur. Ərəb, fars və rus dillərini mükəmməl bilmişdir. Eyni zamanda türkəçarə həkim, sazbənd və bir neçə sənətin bilicisi idi. Bu xüsusiyyətlərin çoxu elə oğlu Şikarada keçmişdir.
Şikar hələ məktəb yaşına çatmamış anası dünyasını dəyişmişdir. 1943-cü ildə Şikar Əliyev
Yanşaq orta məktəbinin birinci sinifinə daxil olur. Həmin məktəbi 9 ilə
qurtarır. Onun orta məktəb illəri çox ağır keçmişdir. Atası qoca və xəstə idi,
böyük qardaşı da (Təyyar) əsgərliyə getmişdi. Buna baxmayaraq o məktəbi
əla qiymətlər ilə qurtardı.
Əliyev Şikarın şairlik təbi olduğuna görə, fikri onu ədəbiyyat
fakültələrinə çəkirdi. Lakin, tale onu Azərbaycan Kənd Təsərrüfatı
İnstitunun meyvə-tərəvəzçilik fakültəsinə gətirdi. O, bu fakültəni 1958-ci
ildə fəqlənmə diplomu ilə qurtardı.
Tələbəlik illərində o elmə hədsiz həvəs göstərirdi. Meyvətərəvəzçilik
kafedrasında elmi iş aparır, elmi məruzələr söyləyir,
müsahibələrdə iştirak edirdi.
VI kursadı istehsalat təcrübəsini Krımda “Massandra” kombinatında
keçirib. Oradakı fəaliyyəti, şəkli ilə birlikdə Krım vilayət qəzetlərində
işıqlandırıldı. Belə fəal olduğuna görə onu meyvə-tərəvəzçilik kafedrasında
baş laborant saxladılar.1959-cu ildə kafedra müdiri A.İ.Zeynəlov vəfat
edmişdi. Onun oxunası, Azərbaycan və Rus dilində olan elmi mühazirələri
Şikara həvalə olundu. O gündən indiyə qədər 40 ildən çoxdur ki,o
Müəllimlər İnstitutunun tərəvəzçilik üzrə baş mütəxəssisidir. Kafedraya
gələn dissertasiyalara, kitablara və digər işlərə məhz o rəy yazır.
1959-cu ildə Əliyev Şikar Leninqrad Kənd Təsərrüfatı İnstituyunun
qiyabi aspiranturasına qəbul olundu. Elmi rəhbəri dünya şöhrətli alim-
RSFSR Əməkdar elmi xadimi, kənd təsərrüfatı elmləri doktoru, professor
V.A.Brızqalin idi. İlk tanışlıqdan professor Şikarda olan istedadı aydınlığı
ilə gördü. Onun rəhbərliyi altında, Şikar müəllim 1963-cü ildə “Kirovabad
zonası şəraitində açıq sahədə faraş pamidor alınması yolları” mövzusunda
12
dissertasiya müdafiə edib, ”kənd təsərrüfatı elmlər namizədi” alimlik
dərəcəsi aldı.
Professor Ş.A.Əliyev İttifaq miqyasında ən nüfuzlu alimlərdən biri
olmuş, SSRİ Ali Məktəblər Arası Elmi Şuranın üzvi seçilmişdir.Əliyev
elmlər doktoru olandan bəri, yəni 1977-19997-ci illərdə on elmlər namizədi
hazırlamış, indi də bir neçə namizədlik və doktorluq dissertasiyalarına
rəhbərlik edir.
Əliyev Azərbaycan tərəvəzçilik elminin inkişafında əsaslı və
müstəsna rol oynamışdır. O, respublikanın yeganə ali kənd təsərrüfatı
məktəbinin tərəvəzçilik ixtisasının yarım əsrə yaxın aparıcı tərəvəzçi
mütəxəssisi olmaqla, 1958-1998-ci illərdə bir neçə fakütədən buraxılan
kəndə təsərrüfatı mütəxəssislərinə tərəvəzçilik ixtisasını öyrətmiş, on
mindən çox tələbənin müəllimi olmuşdur.
Bu müddər ərzində ali məktəbdə bir ədəd də dərs vəsaiti olmadığı
halda, Əliyev yaradıcı əməyi nəticəsində güclü tədris bazası və ana dilində
mükəmməl “Tərəvəzçilik” dərslikləri (I hissə -252 səh. 1998, II hissə-309
səh.1997), Praktikum (1993), onlarla metodiki vəsait yaratmağa müvəffəq
olmuş, yazıb nəşr etdirmişdir. O, 100-dən çox dissertasiya və kitaba rəy
yazmış, opponentlik etmiş, 300-dən çox diplomçu, 10-dan çox elmlər
namizədi hazırlamışdır. Respublika tərəvəzçilərin öz işlərini elmi qaydada
qurmaları və yüksək məhsul götürmələri zamanı Şikar müəllimin elmi
göstərişlərinə istinad edir, ondan bəhrələnirlər. Professor Əliyev
Azərbaycan tərəvəzçilik tarixində əbədi nəaliyyətlər qazanmışdır. Xüsusi
ilə onun Azərbaycanda tərəvəzçiliyin tarixi, polimer pərdələrin
tərəvəzçilikdə tətbiqinə dair ilkin tədqiqatları, işləyib-hazırladığı yüksək
effektli aqrokomplekslər, yaratdığı onlarca sortlar, mədəniləşdirdiyi 60-dan
çox yabanı tərəvəz bitki növləri, 190-dan çox elmi metodik, publisist
əsərləri, o cümlədən, 10-dan çox dərslik, dərs vəsaiti, monoqrafiyalar, 35
elmi ixtirası gələcək də xalqın xeyir mənbəyinə çevriləcək və istehsalata
tətbiq olunacaqdır.
Professor Əliyev ilk dəfə Azərbaycanda tərəvəz bitkilərinin insanlar
tərəfindən istifadə tarixini cəmiyyətin inkişaf dövrləri ilə bağladı və bir sıra
(15növ) tərəvəz bitkisini mədəniləşdirib, dünyaya yayılmasına bir mənşə
mərkəzi kimi Azərbaycanın rolunu açıb göstərdi.
Əliyev ilk dəfə sübut etdi ki, indiyədək dünya elmində qəbul edilmiş
tərəvəz bitkilərinin təkcə ənənəvi yeyilən hissələrindən istifadə etmək,
elmin çox geri qalmış olduğu deməkdir.Yəni onların daha başqa hissələri də
tərəvəz kimi istifadə edilməlidir.Ona görə bu iş elmi nöqteyi nəzərdən geniş
öyrənilməlidir.
13
1996-cı ildə yanvarın 15-də Azərbaycan Kənd Təsərrüfatı
Akademiyası Professor Ş.A.Əliyevin anadan olmasının 60 illiyi və elmi
pedaqoji fəaliyyətinin 40 illiyini böyük təntənə ilə keçirdi. Yubley qabağı
akademiyanın elmi şurası professor Şikar Əliyevə “Əməkdar elm xadimi”
fəxri ad verdi.
Yubiley təntənəsindən bir haşiyə:
Professor Əliyevin tərəvəzçilik kafedrasının kollektivi onun
ünvanına yazmışdılar: - Bizim hər birimiz ali məktəbə ayaq basandan sizi
görmüşük, sizdən dərs almışıq, iztisas, savad, ədəb-ərkan öyrənmişik.
Həmişə bizə dayaq olmusunuz. Başqa ölkələrdə Moskvada, Leninqradda,
Kiyevdə, Xarkovda, Tbilisidə, Daşkənddə, Krasnodarda, Simferopolda və
s.böyük şəhərlərdəki akademiya, universitet və istitutlarda Sizin adınızla
hərəkət etmişik. Sizin adınızdan akademiklərə, professorlara müraciət
etmişik. Bütün bunlar üçün sizə borcluyuq.
Əbəs deyildir ki,professor Əliyevin yaratdığı və rəhbərlik etdiyi
tərəvəzçilik kafedrası öz elmi-pedqaoji potensialı və tədrisi, elmi işin
keyfiyyərinı görə MDB ölkələri içərisində olan ən güclü tərəvəzçilik
kafedralarından biridir. Onun rəhbərliyi ilə 500-dən çox elmi əsər,
dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar nəşr edilmişdir. İndi də bir neçə
elmlər namizədinin və elmlər doktorunun hazırlanmasına rəhbərlik edir.
Professor Əliyevin 194 elmi, metodiki və publisistik əsəri vardır. O, 20
kitab, 4 monoqrafiya yazıb çap etdirmişdir. Onlardan hal-hazırda universitet
və institutlarda istifadə olunur. Əliyevin 114 elmi məqalə və məruzələri, 7
elmi tövsiyyə, 40 elmi ixtira, 13 metodiki əsər yazıb nəşr etdirmişdir. 8 yeni
tərəvəz sortu yaratmış, 50 növ yabanı tərəvəz bitkisini mədəniləşdirmişdir.
Professor Əliyev elmi fəaliyyəti ilə yanaşı, bacarıqlı təşkilatçıdır. O,
keçmiş Sovet İttifaqı Ali Məktəblərarası elmi şuranın üzvü, Azərbaycan
Kənd Təsərrüfatı Nazirliyinin ETŞ-nin dissertasiya Medafiə Şurasının üzvü
olmuş, indi də AKTA-nın iki elmi şurasının üzvüdür. O,respublika
ictimayyəti arasında böyük hörmətə malik alim əməksevər, təvəzökar,
yüksək məfkurəli bir şəxsiyyət kimi öz elmi-pedaqoji fəaliyyətini davam
etdirir.
Comments