top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

ƏNVƏR RZA

Updated: Mar 5, 2019


Rzayev Ənvər İsmayıl oğlu-Ənvər Rza, 1939-cu ildə Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olmuşdur. O, çox erkən yaşlarda atasını itirmişdir. Anası Züleyxa xanımın himayəsində böyümüşdür. 1946-ci ildə öz kəndlərindəki ibtidai məktəbə daxil olmuş, sonra 1956-cı ildə Kəlbəcər qəsəbə orta məktəbini gümüş medalla bitirmişdir.


Ənvar Rza 1956-cı ildə Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə daxil olmuşdur. 1963-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. O, institutda oxuduğu müddətdə də, təhsilini başa vurduqdan sonra da elmə və poeziyaya böyük həvəs göstərmişdir. Hələ onun şeirləri 1959-cu ildən Respublika mətbuat səhifələrində çap olunmağa başlamışdı. Tələbə elmi konfranslarında və poeziya məclislərində maraqlı çıxışları ilə dinləyicilərin rəğbətini qazanardı. Ənvar Rza pedaqoji fəaliyyəti ilə yanaşı institutun dissertantı oldu. İnstitutun professoru Rəhimov İsmixanın rəhbərliyi altında “İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri” adlı ingilis şairi Bayronun şərq poemalarının tərcümə materialları əsasında dissertasiya mövzusu üzərində tədiqiqat aparmışdır. Azərbaycan EA-nın akademiki Məmmədcəfər Cəfərovun və professor Vaqif Aslanovun rəsmi opponentliyi ilə Moskvada həmin mövzuda dissertasiyasını müdafiə edib, pedaqoji elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.


Ənvər Rza M.F.Axundov adına Xarici Dillər İnstitutunun İngilis dili leksika kafedrasında 1962-1967-ci illər arası müəllim kimi fəaliyyət göstərmişdir. 1967-ci ildə baş müəllim elmi vəzifəsinə, 1979-cu ildə isə dosent vəzifəsinə seçilmişdir. 1972-1979-cu illər ərəfəsində işlədiyi kafedranın müdiri kimi çalışmışdır. Sonra İnstitutun nəzdində ilk dəfə olaraq Tərcümə kafedrasını yaratmışdır və ölənə qədər bu kafedranın müdiri vəzifəsində çalışmışdır. S.Vurğunun “Vaqif” dramını ingilis dilinə, G.Bayronun ”Çayld Haroldun səyahəti” poemasını isə azərbaycan dilinə tərcümə etmişdir. İşlədiyi müddətdə kafedranın əməkdaşlarını xarici ədəbiyyatlardan seçmələrin tərcümə edilib çap olunmasına cəlb etmişdir.


Ənvər Rzanın elmdə və pedaqoji sahədə görkəmli müvəffəqiyyətlərinə görə, 26 iyun 1985-ci ildə SSRİ Nazirlər Soveti yanında AAK tərəfindən ona dossent rütbəsi verilmişdir. O, ingilis dilini mükəmməl öyrəndikdən sonra, bir sıra kişik həcimli tərcümələrlə mətbuatda çıxış etməyə başlamışdır.


Ənvər Rza Respublikada yeganə şair-alim idi ki, dünya tanıyan böyük ingilis şairi Bayronu orjinaldan poetik formada azərbaycan dilinə tərcümə etmişdir. Beləki,o, Bayronun “Şilyon məhbusu”, “Mazera” və “Parizina” poemalarını azərbaycan dilinə tərcümə etmişdir. Bu fəaliyyəti ona böyük şöhrət qazandırmışdır. Onun dərs dediyi auditoriyada həmişə jurnalda adı olmayan dinləyiciləri görmək olurdu. Nəsrin şeir ilə vəhdəti, danışığının şirinliyi tələbələrin rəğbətinə səbəb olardı.


Ənvər Rza Kəlbəcərin ən mənzərələri bir guşəsində, meşələri, coşqun çayları, keyvir bulaqları, başı qarlı uca dağlarla əhatə olunmuş dağ kəndində böyümüşdü. Kəlbəcərin gözəl təbəti vaxtı ilə atası İsmail kişini də şair eləmişdi. Ənvar müəllim sonralar heyfslənirdi ki:-Atamın və qardaşım Əlinin şeirlərini çap etdirə bilməmişəm, uşaq olmuşam, itib-batıb-deyirdi.

Ənvər Rza ən cavan Azərbaycanlı şair idi ki, yeganə olaraq SSRİ Yazıçılar ittifaqının üzvlüyünə qəbul edilmişdi. Onun müxtəlif illərdə böyük tirajla aşağıdakı şeir kitabları nəşr etdirmişdilər.


1. Sənsiz. Bakı, Gənclik, 1969, 28 səh.

2. Könlümə bahar düşüb. Bakı, Gənclik, 1970, 72 səh.

3. Nə yaxşı görüşdük. Bakı, Yazıçı, 1985, 96 səh.

4. Bəxtəvər dustaq (şeirlər və poemalar). Bakı, Azərnəşr, 1994, 172 səh. (ölümündən sonra çap olunub)


Hələ nə qədər əlyazmalarının işıq üzü görməsinə vaxtsız əcəl yol vermədi. Ənvər Rza 1987-ci ildə müalicə üçün getdiyi Moskva şəhərində ürək tutmasından vəfat etmişdir. Vəsiyyətinə əsasən onu Kəlbəcərdə, doğma kəndlərində bacısı oğlu Aşıq Firudinin sazda çaldığı “Yanıq Kərəmi” aşıq musiqisinin sədaları altında dəfn edilmişdir.


Ənvər müəllimin atası İsmayıl kişi 1937-ci il repressiya qurbanlarından olmuşdur. Onu minlərlə kəlbəcərlilər kimi istintaqsız, sübutsuz, səbəbsiz olaraq Sibirə sürgün etmişdilər. Sonralar bəraət verilmişdir və gəlib uzunmüddət xəstə yatmışdır. 1956-cı ildə Kəlbəcərdə, öz kəndlərində Aşağı Ayrım kəndində vəfat etmişdir.


Anası Züleyxa xanım da ömrü boyu doğma kəndlərində yaşamış və orda da rəhmətə getmişdir. Ənvar müəllimin 3 oğlu və bir qızı var.

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page