Ənvər RZA
- www.kalbajar.com
- Jul 1, 2018
- 1 min read

Rzayev Ənvər İsmayıl oğlu 1939-cu ildə Kəlbəcər rayonunun Aşağı Binə kəndində anadan olub. 1957-ci ildə Kəlbəcərdə orta məktəbi, 1962-ci ildə isə Azərbaycan Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirib. İnstitutda işləyə-işləyə dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Çalışdığı institutda sonralar kafedra müdiri işləyib. Ənvər Rza hələ orta məktəb illərindən şer yazmağa başlayıb. Şerləri respublikanın bir sıra mətbuat orqanlarında dərc olunub. O, həm də istedadlı bir tərcüməçi kimi ədəbi ictimaiyyətdə tanınıb. Böyük ingilis şairi Bayronun poemalarını orijinaldan dilimizə tərcümə edən ilk azərbaycanlı şairdir. O, Şiller və digər Avropa şairlərindən etdiyi tərcümələri respublika mətbuatında Azərbaycan oxucularına çatdırıb. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1987-ci ildə Moskvada ürək xəstəliyindən vəfat edib. Öz arzusuna görə doğma kəndlərində dəfn edilib. «Sənsiz», «Könlümə bahar düşüb», «Nə yaxşı görüşdük», «Dağların dustaq balası» və s. kitablarının müəllifidir
Comments