Əyyub CABBAROV
- www.kalbajar.com
- Jul 1, 2018
- 1 min read

Əyyub İmran oğlu Cabbarov 1934-cü ildə Kəlbəcər rayonunun Məmmədsəfi kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra uzun müddət təhsilini davam etdirə bilməyib. 1964-67-ci illərdə Bakıda texnikumda mühasibat ixtisasına yiyələnib. Kəlbəcərdə bir sıra təşkilatlarda ixtisası üzrə çalışıb. Kəlbəcər işğal olunduqdan sonra Gəncədə məskunlaşan Əyyub Cabbarov hələ gənc yaşlarından incə ruhlu lirik şerlər müəllifi kimi məşhurlaşıb. Şerləri bir sıra mətbuat orqanlarında dərc olunsa da, kitabı 1999-cu ildə (hər iki qardaşın: Əyyub və Yaqubun birgə imzası ilə) «Yamanca tutulduq qarğışa, dağlar» adı ilə nəşr edilib.
Comments